Azərbaycanda bu maddənin istifadəsi tamamilə məhdudlaşdırılır
Tarix: 27.12.2018 | Saat: 09:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.
Hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.
Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.
Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, həmin maddə tibbi göstərişlə həkim resepti əsasında istifadə edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info