“İlin peşəkar gənci” fəxri adına layiq görülənlər təltif ediliblər
Tarix: 27.12.2018 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHİK-in Fəxri Diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında fəallığını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclər arasında fikir mübadiləsinə şərait yaratmaq, onların dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətlərini asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilib. Eyni zamanda, 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoydu. Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər.
AHİK sədri vurğulayıb ki, gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu reallığı nəzərə alaraq AHİK bütün üzv təşkilatları ilə birgə dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. AHİK-in “Kadr siyasəti Konsepsiyası”nda gənc mütəxəssislərə ehtiyacı ödəmək üçün sahə həmkarlar ittifaqı komitələri qarşısında vəzifələr qoyulub. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının Gənclər Şuraları fəaliyyət göstərir, gənc liderlər beynəlxalq təşkilatların toplantılarına dəvət olunurlar. Onlar Yaponiya, İtaliya, Rusiya, Litva, Türkiyə və digər ölkələrdə gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə yaxından iştirak edirlər.
Səttar Möhbalıyev bildirib ki, hazırda respublikamızda həmkarlar ittifaqı üzvlərinin üçdə birini 35 yaşınadək gənclər təşkil edir. Belə böyük bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdəndir. Həmkarlar İttifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilib. Gənclərin məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlər ön plana çəkilir. Müntəzəm olaraq elmi-praktiki konfranslar, seminarlar təşkil edilir. Şübhəsiz ki, hər bir dövlətin gənclərə yanaşması gələcəyə olan münasibətdir. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK İcraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib.
Sonra fəxri adlara layiq görülən gənclər təltif ediliblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info