Müasir ət satışı məntəqəsi fəaliyyətə başlayır
Tarix: 27.12.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. Bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.
Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinin təmin edilməsini davam etdirəcək. Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info