“Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək
Tarix: 27.12.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək. Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir. Layihənin benefisiarları 16 - 29 yaş arası gənclər, gənc startapçılar, menecerlər, ali təhsil müəssisəsinin tələbələri, biznesin idarə olunması, idarəçilik, iqtisadiyyat ixtisaslarının məzun və tələbələridir. Layihə 3 ay müddətində davam edəcək və iki mərhələdən ibarət olacaqdır. İlkin mərhələdə gənclərə rəhbərin bilməli olduğu müxtəlif mövzularda peşəkar, təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcəkdir. Keçiriləcək təlim mövzuları bunlardır: "Strateji Menecment", "Risk Menecment", "Biznesə başlamanın yolları", "Marketinq", "Büdcə planlaşdırılması", "İnsan Resurslarının idarə edilməsi".
Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində “Strateji Menecment” virtual simulyasiya oyununda yarışacaqlar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunacaqdır. Komandaların məqsədi virtual bazarda rəqabət aparmaq, düzgün qərarların verilməsini öyrənmək, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin etməkdir. Hər həftənin şənbə günü qərar qəbul etmə günü olacaqdır. Layihənin sonunda qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır.
Layihənin həyata keçirilməsi həm gənclərin idarəçilik, analitika, sahibkarlıq, biznes sahələrində bilik və bacarıqlarını artıracaq, həm də gələcəyin rəhbərlərinə - gənclərimizə biznesin idarə olunması sahəsində özlərini sınamağa, təcrübə qazanmağa imkan yaradacaqdır




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info