Fransadan Vidadi İsgəndərli tələbi – Petisiyanı imzala!
Tarix: 27.12.2018 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Bir qrup fəal gənc saxta yollarla “siyasi dissident” adına sahiblənmiş Vidadi İsgəndərli barədə Fransa dövləti və hakimiyyətinə tələb irəli sürüb, eləcə də petisiya hazırlayıb. Gənclər Fransa prezidenti Emmanuel Makrona və daha 9 nəfər səlahiyyətliyə ünvanladıqları müraciətdə Vidadi İsgəndərlinin Azərbaycanda iğtişaş, terror, qeyri-sabitlik çağırışları etdiyi xatırladılır və Fransanın dövlət qurumlarından onun barəsində müvafiq ölçülərin götürülməsi tələb edilir. Həmçinin bildirilir ki, bu şəxs ölkədə olarkən, bir sıra cinayət əməlləri törədib və heç bir siyasi proseslərdə iştirak etməyib. Fransa hakimiyyəti və bu ölkənin müvafiq qurumları həmin ölkədə yaşayanın digər bir ölkədə qanunsuzluqlar törətmək çağırışlarına qarşı dərhal tədbirlər həyata keçirməlidir. İnsanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir. Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir. Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://www.change.org/p/emmanuel-macron-nous-appellons-%C3%A0-mettre-fin-aux-appels-au-terrorisme-%C3%A0-partir-du-territoire-fran%C3%A7ais-45a1268e-62da-449b-bb88-b18d4acb2dfa?fbclid=IwAR0oqap-1NSx_VaSgc2uogk_Ws_OF7DUB8qRrtO10VHWlcP_UiJfHl7bZHw




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info