Ədliyyə fəaliyyəti təkmilləşir
Tarix: 27.12.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılır. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunub, bir çox nailiyyətlər əldə edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Dekabrın 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
Kollegiyada çıxış edən nazir müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramının Prezidentimizin ədliyyə sisteminə böyük diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Proqramın bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin gələcək inkişafında “Yol xəritəsi” olmaqla ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir tələblərə uyğun təşkilinə, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, bu orqanlara müraciət imkanlarının asanlaşmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyi qeyd olunub.
İclasda Dövlət Proqramı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulan vəzifələrin, o cümlədən işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması ilə bağlı və digər tədbirlərin vaxtında və mütəşəkkil icrasının təşkilinə dair konkret tapşırıqlar verilib.
Kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.
Bildirilib ki, dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyi 2018-ci il cümhuriyyətimizin, həmçinin Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdar olub. Bu münasibətlə nazirlik tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib, ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı xüsusi kitab və film, digər nəşrlər və maarifləndirici vasitələr hazırlanıb.
İclasda ədliyyə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı görülən tədbirlər qeyd olunaraq, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı vurğulanıb. Bu məqsədlə səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu hazırlanıb və dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin açılışı zamanı Azərbaycan Prezidentinə nümayiş etdirilib.
Kollegiyada dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək, artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb. Həmçinin mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu olan mediasiya institutunun yaradılması üzrə görülən tədbirlər, o cümlədən bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq, qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması barədə məlumat verilib, habelə məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən İcra Məcəlləsinin layihəsinin hazırlanması diqqətə çatdırılıb.
Eyni zamanda, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində ədliyyə fəaliyyətində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın tətbiqi, elektron xidmətlərin dairəsinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə görülən işlərdən danışılıb, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə toxunularaq cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, kollegiyada qarşıda duran vəzifələr müzakirə olunaraq, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi tədbirlər müəyyənləşdirilib, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin sürətləndirilməsi, əhalinin elektron normativ bazalara əlçatanlığının yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, cəzaların icrası, tibb və ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info