“ABŞ daha dünya jandarmı ola bilməz”
Tarix: 27.12.2018 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Donald Tramp Bağdadın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına gözlənilməz səfər edib

Aleksandr Şerin: “Bu gün Yaxın Şərqdə ABŞ tərəfdən nə baş verirsə, bunda məqsəd İrana maksimum dərəcədə yaxınlaşmaqdır. Onlar bunu Suriya ərazisi vasitəsilə etməyi planlaşdırırdılar. İndi isə aktiv fazaya keçidi Suriyadan yox, İraq ərazisindən etmək qərarına gəliblər”

“Birləşmiş Ştatlar artıq dünya jandarmı rolunda qala bilməyəcək”. TASS xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu İraqa gözlənilməz səfəri zamanı deyib. “Bütün ağırlığı bizim, Birləşmiş Ştatların üzərinə düşməsi ədalətli deyil. Biz diqqətimizi bütün dünyaya yönəltmişik. Elə dövlətlərdə varıq ki, insanların çoxu onların adlarını belə eşitməyib”, - deyə Tramp bildirib. Qeyd edək ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın İraqa planlaşdırılmamış səfər etdiyini açıqlayıb. “Associated Press” agentliyinin məlumatına əsasən, prezidentin “Bir nömrəli təyyarəsi” Vaşinqtondan maksimum məxfilik şəraitində uçub. Donald Tramp xanımı ilə birgə Bağdadın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazasına gözlənilməz səfər edib və burada amerikalı hərbçilərlə təxminən 20 dəqiqə söhbətləşib. O, həmçinin ABŞ-ın İraqdakı səfiri və komandan heyəti ilə də görüşüb. Qeyd edək ki, Trampın səfər çərçivəsində İraq baş naziri ilə görüşü nəzərdə tutulsa da, sonradan ləğv edilib. İraq hökumətinin mətbuat xidməti bildirib ki, onlar dekabrın 26-da ABŞ dövlət başçısının səfəri ilə bağlı məlumatlandırılıblar: “Bundan sonra Trampın rəsmi qarşılanma mərasimi və baş nazir Adel Abdel Mehdi ilə görüşü planlaşdırılıb. Amma görüşlə bağlı fikir ayrılıqları yaranıb. Ona görə də görüş ləğv edilib və Trampla baş nazir arasında telefon əlaqəsi yaradılıb. Telefon danışığı zamanı regiondakı vəziyyət, ABŞ əsgərlərinin Suriyadan çıxarılması və “İŞİD”-ə qarşı mübarizə müzakirə edilib. Donald Tramp daha sonra Almaniyada olan Ramştayn hərbi bazasında olub. Xatırladaq ki, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell sentyabr ayında bildirmişdi ki, 2020-ci ilə qədər Birləşmiş Ştatlar Almaniyadakı hərbi bazaya əlavə 1,5 min əsgər yerləşdirəcək. Ramştayn bazası ABŞ-ın Avropadakı hərbi hava qüvvələrinin mənzil-qərargahıdır. Ekspertlər hesab edirlər ki, ABŞ-ın Suriyadan çəkilməsi və bunun əvəzində İraqda möhkəmlənmək planı İran məsələsi ilə bağlıdır. Rusiya Dövlət Dumasının deputatı Aleksandr Şerin “RİA Novosti”yə bildirib ki, Tramp İraqda əsgərlərin sayının artırılacağını bildirib: “Birləşmiş Ştatları, ilk növbədə İran ərazisi maraqlandırır. Suriya ərazisinə İrana hücum üçün meydan kimi baxırdılar. Bu gün Yaxın Şərqdə ABŞ tərəfdən nə baş verirsə, bunda məqsəd İrana maksimum dərəcədə yaxınlaşmaqdır. Onlar bunu Suriya ərazisi vasitəsilə etməyi planlaşdırırdılar. İndi isə aktiv fazaya keçidi Suriyadan yox, İraq ərazisindən etmək qərarına gəliblər”. Qeyd edək ki, Vaşinqton 2014-cü ilin iyununda İraqda, sentyabrda isə Suriyada “İŞİD” qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb. ABŞ Prezidenti Donald Tramp dekabrın 19-da Birləşmiş Ştatların qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. O, bu addımı “İŞİD” qruplaşmasının məğlub edilməsi ilə əsaslandırıb. Ağ Ev rəsmilərinin sözlərinə görə, hazırda Suriyada fəaliyyət göstərən 2 minə yaxın amerikalı hərbçinin yerinin dəyişdirilməsinə 60-100 gün vaxt lazım gələcək. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın sanksiyalarına məruz qalan İran gələn il üzrə büdcəsində neft gəlirlərinin payını azaldıb. İran gələnilki büdcəsində neft gəlirlərinin payını 28 faiz azaldaraq 21 milyard dollara endirib. ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunur. Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info