Şamaxıda “Kod saatı” layihəsi təqdim edilib
Tarix: 28.12.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Şamaxı məktəblilərinə ilk dəfə “Kod saatı” (“Hour of Code”) layihəsi təqdim edilib. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Sözügedən layihənin əsas məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaqdır.
Tədbir çərçivəsində Şamaxı məktəbliləri və ilk dəfə olaraq layihəyə cəlb olunmuş riyaziyyat və informatika fənlərini tədris edən müəllimlər ilə görüş keçirilib. Onlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə məlumat verilib. İnnovasiya yönümlü təlimlər və kodlaşma dərsləri keçirilib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.
R.Əzizov daha sonra qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin innovativ inkişafı üçün ciddi addımlar atır. Texnoparklar, biznes inkubasiya mərkəzləri yaradılır, startap hərəkatı ildən-ilə genişlənir.
Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, hazırda şagirdlərin əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmazlığı ilə üzləşir. “Kod saatı” təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib.
Qeyd edək ki, “Kod saatı” məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir və “Code.org” publik qeyri-kommersiya təşkilatı tərəfindən dünyanın 180-dən çox ölkəsində milyonlarla tələbə və məktəblini qlobal bir hərəkatda birləşdirib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info