Dünya Azərbaycanlılarının Həmrəylik Günü Daşkənddə qeyd olunub
Tarix: 29.12.2018 | Saat: 14:26:00 | E-mail | Çapa göndər



Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin, Mərkəzin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız, Özbəkistanın tanınmış elm, mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində “Qürurumuz Cümhuriyyətimiz” adlı fotosərgi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Samir Abbasov ümummilli lider Heydər Əliyevin sözlərindən sitat gətirərək deyib: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar heç vaxt öz dilini, mədəniyyətini, ənənələrini unutmamalı və daim tarixi Vətənlərinə bağlı olmalıdır”.
Sonra o, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini oxuyub.
Mərkəzin direktoru 2018-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, xalqlarımız arasında mədəni-ədəbi əməkdaşlığa dair çoxsaylı beynəlxalq konfransların, dostluq konsertlərinin təşkil edildiyini deyib, həmçinin Azərbaycanın İsmayıllı və Özbəkistanın Riştan şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalandığını bildirib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanda yaşayan azərbaycanlıların bu ölkənin rifahı üçün çalışdıqlarını qeyd edib, iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə azərbaycanlıların böyük rolu olduğunu vurğulayıb. Natiq bu il Səmərqənd və Daşkənd şəhərlərində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günlərinin keçirildiyini qeyd edib. Turizm sahəsində əlaqələrə toxunan Erkin Nuriddinov AZAL-ın Özbəkistana yeni reyslərinin qarşılıqlı turist səfərlərinin artmasına səbəb olduğunu deyib.
Tədbir çərçivəsində səfirliyimiz və Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistanda Azərbaycan haqqında ilin ən yaxşı məqalə, televiziya verilişi hazırlayan, dostluq münasibətlərini, mədəni-ədəbi əlaqələri fəal təbliğ edən jurnalistlər, ölkəmiz haqqında əsərləri tərcümə edənlər mükafatlandırılıb.
Ən yaxşı televiziya mükafatı nominasiyasına Özbəkistanın “Dunyo boylab” teleşirkətinin tanınmış jurnalisti Elmira Tuxvatillinanın “Turizm haqqında hər şey: Azərbaycan Respublikası” verilişi və jurnalist Gülsarə Saqatxanovanın “Qafqaz dürdanəsi – Azərbaycana səyahət” verilişi layiq görülüb.
İlin ən yaxşı tərcümə əsəri mükafatına özbək alim və tərcüməçi Tahir Qahharın Azərbaycan dramaturqu Hüseyn Cavidin özbək dilinə tərcümə etdiyi “Peyğəmbər” əsəri layiq görülüb.
2018-ci ildə iki ölkə arasında dostluq münasibətləri, mədəni-ədəbi əlaqələri fəal təbliğ edən elm, mədəniyyət xadimləri də elan olunub.
Sonra jurnalist Elmira Tuxvatillinanın “Turizm haqqında hər şey: Azərbaycan Respublikası” adlı verilişi nümayiş etdirilib. Qeyd edək ki, verilişdə Azərbaycanın mədəniyyəti, turizmi və ölkəmizin son illər əldə etdiyi nailiyyətlər geniş işıqlandırılıb.
Tədbirin bədii hissəsində özbək müğənniləri Azərbaycan və özbək musiqilərini, habelə Azərbaycan rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Türkiyədə baş vermiş zəlzələnin fəsadlarına dair mətbuat konfransı keçirilib
26.01.2020
Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb
26.01.2020
“Sarı jiletlilər” hərəkatı 63-cü həftəsində
26.01.2020
Braziliyanın cənub-şərqində leysan ölüm və itkinlərə səbəb oldu
26.01.2020
Çində koronavirusa 2 minə yaxın insan yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info