Si Cinpin: Çin birləşdirilməlidir və birləşdiriləcək
Tarix: 02.01.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər



Çin birləşdirilməlidir və birləşdiriləcək. Tayvan məsələsi milli zəiflikdən və qarışıqlıqdan yaranıb, şübhəsiz ki, milli bütövləşmə ilə aradan qalxacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin “Tayvandakı həmvətənlərə məktub”un 40-cı ildönümü ilə əlaqədar Pekində keçirilən mərasimdə deyib.
Sədr Si Cinpin 70 ildən çox bir dövrdə ölkənin materik hissəsi ilə Tayvan adası arasında münasibətlərin inkişafının tarixi nəticə olmaqla yanaşı, yeni dövrdə Çinin birləşməsinə yönəldiyini bildirib. O, hər iki tərəfdə olan, habelə xaricdə yaşayan həmvətənləri Çin xalqının yaxşı gələcəyi və növbəti mərhələdə Çinin sülh yolu ilə birləşdirilməsi üçün səy göstərməyə çağırıb.
Xaricdən Tayvan məsləsinə müdaxilənin qəbuledilməz olduğunu diqqətə çatdıran Si Cinpin deyib ki, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri Çin Kommunist Partiyası, Çin dövləti və xalqı tarixi bir vəzifə olaraq Çinin birləşdirilməsindən ötrü Tayvan məsələsinin həlli istiqamətində əzmlə çalışıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. ÇXR “Vahid Çin” prinsipinə əsasən, Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etməyərək, adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info