“Yolun çökməsi “Azərsu“nun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil”
Tarix: 03.01.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb. Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O, bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur. İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da sadəcə ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".
Xatırladaq ki, ötən ay paytaxtın Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda çökmə hadisəsi baş verib. Hadisəyə su sızmasının səbəb olması bildirilirdi.
Qeyd edək ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info