Tramp: “SSRİ Əfqanıstanda müharibə apararaq iflasa uğrayıb”
Tarix: 03.01.2019 | Saat: 13:14:00 | E-mail | Çapa göndər


“Military.com”: “ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaldır”


ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaltmağı planlaşdırır, lakin “Taliban” hərəkatına qarşı reydlər keçirmək üçün xüsusi təyinatlı qoşunların zərbə qruplarını ölkədə saxlamaq niyyətindədir. Bu haqda “Military.com” saytı məlumat yayıb. “RİA Novosti” həmin mənbəyə istinadən yazır ki, Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller 8-12 ay müddətində 7 min amerikalı hərbçini geri qaytarmaq niyyətindədir. Dekabrın sonlarında “The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı qoşunların yarısını ölkədən çıxarmaq planını hazırlamaq barədə tapşırıq verdiyini yazmışdı. Sonradan Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti bu məlumatı təkzib etmişdi. Rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 min amerikalı hərbçi fəaliyyət göstərir. Onlar taliblərə qarşı əməliyyatlar təşkil edir və hərbçilərin təlimi ilə məşğul olur. Bundan əlavə, Əfqanıstanda NATO ölkələrinin 16 minlik hərbi kontingenti də dislokasiya olunub. Xatırladaq ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin edilməsi üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib. Onu da qeyd edək ki, Tramp “FoxNews” kanalına müsahibəsində qeyd edib ki, Əfqanıstandakı savaş keçmiş SSRİ-nin süqutunun səbəbi olub. ABŞ dövlət başçısı bildirib ki, SSRİ Əfqanıstanda müharibə apararaq iflasa uğrayıb. Eyni zamanda bildirib ki, Sovet İttifaqı terror təhlükəsi ilə bağlı Əfqanıstanda hərbi kampaniyaya başlamaqla doğru edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info