“İlahiyyatçı” qəzeti nəşr olunub
Tarix: 04.01.2019 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub.
Aİİ-dən verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. Mətbu nəşrdə “Ulu öndər Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısıdır”, “Sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq” başlıqlı məqalələr, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar, ölkədəki əlamətdar hadisələr, beynəlxalq günlərlə bağlı tədbirlər, “Səfir saatı” layihəsi çərçivəsində görüşlər, İnstitutun Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar dərc olunub.
“İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb. Nəşrdə görkəmli akademiklər, Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur. Qeyd edək ki, ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc ediləcək.
Qəzetin nəşr olunmasında məqsəd gənclərdə yaradıcılıq vərdişlərinin artırılması və onların intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.
Məlumat üçün bildiririk ki, bu günlərdə, həmçinin İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı, “Din araşdırmaları” jurnalı çapdan çıxıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info