“Cümhuriyyətin ilk elçiləri” layihəsinin ilk tədbiri keçirilib
Tarix: 04.01.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində qalib olmuş “Cümhuriyyətin ilk elçiləri” layihəsinin ilk tədbiri Qərbi Kasbi Universitetində həyata keçirilmişdir.
Tədbirdə açılış sözü ilə çıxış edən дayihə rəhbəri Əfqan Baxşəliyev layihə haqqında tələbələrə və qonaqlara məlumat verərək bildirmişdir ki, layihənin əsas məqsədi, Cümhuriyyətin elçiləri haqqında ətraflı və geniş məlumatları tələbələrə və gənclərə çatdırmaq, Cümhuriyyət tarixini tələbələrə və gənclərə daha yaxından tanıdılması, Cümhuriyyətimiz rəsmi üzü olan diplomatlarımız haqqında gənclərin maarifləndirilməsi, "Cümhuriyyətin 100 ili" ilə bağlı tədbirlərə öz töhvəmizi verməkdir: “2018 - ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018 - ci il "Cümhuriyyət ili" elan olunmuşdur. AXC - nin yaranmasından ötən 100 il ərzində dünya siyasətində ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, beynəlxalq münasibətlər sistemində demokratik meylləri güclənmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatik addımlarının hazırlanıb həyata keçirilməsində Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, M.H.Hacınski, M.Y,Cəfərov və Cümhuriyyətin digər qurucuları yaxından iştirak etmişlər. Cümhuriyyətimizi beynəlxalq aləmdə tanınması AXC - nin ilk Elçilərinə nəsib olmuşdur”.
Daha sonra "Paris sülh konfransında iştirak etmiş nümayəndə heyəti" və "Azərbaycan Xalq Cümhuriyyətinin ilk səfirləri" mövzusunda Qərbi Kasbi Universitetinin müəllimi, politoloq Fikrət Sadıqov, tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin və digər müəllim, tələbələrin çıxışları olmuşdur.
Layihə rəhbəri tədbirin bağlanışını Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin sözləri ilə tamamlamışdır "Bir kərə yüksələn bayraq bir daha enməz" .
Layihə rəhbəri Əfqan Baxşəliyev layihənin keçirilməsində dəstək olan, əməyi keçən hər kəsə öz minnətdarlığını bildirmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info