“Pirotexniki vasitələrin istifadəsi yalnız xüsusi icazə əsasında mümkündür”
Tarix: 04.01.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Hər il Yeni il bayramında pirotexniki vasitələrlə bağlı xoşagəlməz hadisələr baş verir. Bəs belə halların qarşısını necə almaq olar? Vəziyyəti dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev söyləyib ki, partlayıcı, pirotexniki vasitələrin ölkə ərazisində mülki dövriyyəsi 2003-cü il 23 dekabr tarixindən Azərbaycan Respublikasının qanunu ilə qadağan olunub: "Onların istifadəsi yalnız xüsusi icazə əsasında mümkündür. Təəssüflər olsun ki, bəzi insanlar bu kimi vasitələrin qadağan olmasına baxmayaraq onların satışını həyata keçirir. Bundan da pisi onu alan insanların bu partlayıcıların nə qədər təhlükəli vasitə olduğunu bilməməsi, yaxud, bilə - bilə bundan istifadə etməsidir. Nəzərə alsaq ki, bu pirotexniki vasitələrdən əsasən azyaşlı uşaqlar istifadə edir, onda təhlükənin nə dərəcədə böyük olduğunu görərik.
Daha çox uşaqlar bunu gizlincə alır, bayrama qədər evdə özləri üçün münasib bildikləri yerdə gizlədirlər. Ancaq bilmirlər ki, bu partlayıcıların tərkibindəki tezalışan maddə evdə tempraturun dəyişməsi, hətta günəş şüasının üzərinə düşməsi nəticəsində belə partlaya bilər və yanğın təhlükəsi yaranar. Bu da həm özünün, həm də evdəkilərin həyatını təhlükəyə atmış olur. Valideyn alıb, uşağa verir ki, apar partlat. Çoxmərtəbəli binalar olan yerdə həyətdən fişəngi yuxarı təxmini 20-25 metr göyə atırlar və fişəngin qığılcımları ətrafa yayılaraq partlayır. Nəzərə almaq lazımdır ki, həmin vaxtı binanın məhəccərində olan insanların üz-gözünün yanması qaçılmazdır. Görün, sonu necə faciə ilə bitə bilər.

Daha sonra bu pirotexniki vasitələrdən düzgün istifadə edilmədikdə tüstüsü insanın nəfəs boruları ilə daxili orqanlarının zədələnməsinə, eşitmə orqanı olan qulaqların tutulmasına, əl-üzlərinin yanmasına, qorxudan psixoloji travmalara səbəb ola bilər. Pirotexniki vasitələrdən istifadə edənlər bayramdır deyib , partlayıcılardan istifadəni bayram ənənəsi kimi qəbul edir. Bu cür vasitələrdən istifadə yaşlıların , xəstələrin rahatlığını pozur , hətta onların səhhətində müəyyən narahatlıqlara səbəb olur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info