Ermənilər sığınmaq üçün yeni «çətir» axtarışına çıxıblar
Tarix: 04.01.2019 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Arman Navasardyan: “Qarşıdakı aylarda Nikol Paşinyan və partiyasının reytinqi xeyli düşəcək”

«Çökən Rusiya bizi dağıntı altında saxlaya bilər, ona görə də biz yeni bir «çətir» axtarışına çıxmalıyıq». Bu fikirlər «armenianreport.com» saytında yer alıb.
Sayt yazır ki, «Rus dünyası» ideologiyası Rusiyanın qonşularını yaxşı eşitməyə imkan vermir. Bu gün Rusiyada korrupsiya elə sürətlə genişlənir ki, hətta üzdə olan rus məmurları belə, öz lüks həyatlarını gizlətməkdən çəkinmirlər. Bununla belə, həyat standartları gündən-günə pisləşən ruslardan artıq əxz etməli heç bir şey qalmır».
Qeyd edilməlidir ki, erməni saytı bu fikirləri ötən gün Rusiya barədə xarici nəşrlərdə dərc edilən məqaləyə istinad edərək bildirir. Sayt daha sonra yazır: «Qarşıdakı 10-15 ildə Rusiya parçalanma və siyasi xaosla üzləşəcək. Odur ki, postsovet məkanına söykənən ölkələri daha hansı aqibət gözləyəcəyini indidən təsəvvür etmək olar. Təbii ki, bu ölkələr yoxsulluq, aclıq, qeyri-sabitliklə üzləşəcəklər. Məhz elə buna görə də, Ermənistan özünü dağıntı altında qoya biləcək, zəifləyən imperiya ilə əlaqələrinə yenidən baxmalıdır. Biz Ermənistanı Rusiya ilə birləşdirən bütün «kövrək əlaqələri» ən qısa müddətdə «nəzakətlə» də olsa, kəsməliyik. Bu, bizim üçün qaçılmaz olaraq lazımdır. Burada məsələ Ermənistanın «ölüm» və ya «qalımına» aiddir. Biz təcili olaraq yeni bir «çətir» axtarışına çıxaraq, onun altına sığınmalıyıq. İndiyə qədər, Avropadakı bütün çətinliklərə baxmayaraq, dünyada hələ ki, Avroatlantik strukturlara alternativ yoxdur.
Nikol Paşinyan ötən ilin dekabrında yenidən Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Lakin əvvəlki görüşlərdə olduğu kimi, yenə də Rusiya prezidenti «ölkələrimiz arasında olan «əlaqələri» yeni məzmunlarla zənginləşdirdi».

“Biz Ermənistanı Rusiya ilə birləşdirən bütün “kövrək əlaqələri“ ən qısa müddətdə “nəzakətlə“ də olsa, kəsməliyik”

Erməni saytı, ötən ilin aprel hadisələrinə, Paşinyanın erkən parlament seçkilərindən sonra qazandığı qələbəyə «dəyər verməyən» bir ölkə rəhbərinin «ayağına getməsini» erməni rəhbəri üçün uğurlu bir addım olmadığını bildirir. «Moskva ilə münasibətlərin dərinləşməsi İrəvan üçün vacibdir» - deyən xarici işlər naziri Zohrab Mnasakanyanın fikirləri də saytda «ikrah hissi ilə» qəbul edilir: «Rusiya qeyri-səmərəli, toksik bir siyasi orqanizmdir və orada «həyat» axtarmağın heç bir mənası yoxdur. Biz hələ də Nikol Paşinyana və onun yeni hökumətinə inanırıq və biz ondan siyasi istiqamətdə kəskin bir dönüş gözləyirik».
Maraqlıdır ki, «Gallup International» beynəlxalq tədqiqat təşkilatının İrəvan ofisinin direktoru Arman Navasardyan bildirib ki, 2018-ci il Ermənistanın həyatında bəzi hadisələrlə yadda qalsa da, qarşıdakı aylarda baş nazir əvəzi Nikol Paşinyan və onun rəhbəri olduğu «Mənim addımım» partiyasının reytinqi xeyli düşəcək. Navasardyan bunu daha çox Paşinyanın erkən parlament seçkilərində müxalif partiyalara göstərdiyi «sayğısızlıqla» əlaqələndirib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
15.03.2019
Ermənilərin yeni hökumətə etimadları itir
11.03.2019
Sitrus meyvələri sahəsində ixrac potensialı yaradılır
06.03.2019
Vladimir Solovyov: “Ermənistan Ukrayna ssenarisi ilə gedir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info