Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı ön cəbhədə ölənlərdən çoxdur
Tarix: 07.01.2019 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Anna Aleksanyan: “Paşinyan hakimiyyətə gələndən sonra erməni ordusunda David Tonoyan istisna olmaqla, başqa bir dəyişiklik olmayıb”

“2018-ci ilin 11 ayı - yanvar-noyabr ayları arasında erməni ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı ön cəbhədə ölənlərdən xeyli çoxdur”. “Tert.am” saytı rəsmi rəqəmlə ötən il ölən 39 erməni əsgərinin 32 nəfərinin müxtəlif, daha doğrusu, daxili ixtilaflar, ordudakı özbaşınalıq səbəblərindən öldüyünü bildirir: “Bu statistik rəqəm, yumşaq şəkildə desək, fəlakətdir. Rəqəmlər cəbhə xəttində atəşkəs rejiminə hörmət edildiyini əks etdirsə də, erməni ordusunda qeyri-qanuni münasibətlərin nəticəsi olan böyük itkilərin olduğu göz önündədir”
Bunu xüsusi həyəcanverici hal kimi dəyərləndirən sayt “məxməri inqilab”dan sonra Nikol Paşinyan tərəfindən bu mövzuda edilən çıxışlara baxmayaraq, hələ də heç bir dəyişikliyin olmadığını etiraf edir: “Əlbəttə, dünyanın heç bir ordusu baş verə biləcək hadisələrdən, fors-major vəziyyətlərdən sığortalanmayıb. Lakin bütün bunlar Ermənistan Müdafiə Nazirliyinin məsul şəxsləri üçün alibi ola bilməz. Çünki reallıq budur ki, bu gün Ermənistan ordusunda qeyri-döyüş itkilərinin sayı ön cəbhədəkilərdən beş dəfə çoxdur”.
Erməni hüquq müdafiəçisi Janna Aleksanyan isə Nikol Paşinyan hakimiyyətə gələndən sonra, orduda, David Tonoyan istisna olmaqla, başqa bir dəyişiklik olmadığını bildirir: “…Ordudakı ölüm halları hələ də davam edir, baş verən bu halların istintaqı əvvəlki kimi aparılır, yəni etiraf edilməlidir: çox pis istintaq aparılır, ölüm hallarının səbəbləri açıqlanmır. Ölüm hallarında əsas günahkarlar cəzasız qalmaqda davam edirlər. Mən Ermənistan ordusunda insan hüquqları ilə bağlı elə bir nailiyyətlər olduğunu, hələ ki, müşahidə etməmişəm”.
Sayt, “sözsüz ki, orduda islahatlar mövzusu geniş siyasi və ictimai müzakirə mövzusu olmalıdır”, - deyə bildirsə də, yeni hakimiyyət tərəfindən bu sahədə elə də bir uğurlu addımın atılmamasını etiraf etmək məcburiyyətində qalır.

“Moskva üçün Ermənistan ikinci dərəcəli bir vəzifə olaraq qalır”


ABŞ Dövlət Departamentinin keçmiş xüsusi məsləhətçisi, SSRİ xalqları üzrə ekspert, Vaşinqton İnstitutunun professoru Pol Qoblun ermənilərin «1in.am» saytında yer alan fikirlərinin oxucular üçün də maraq kəsb edəcəyini nəzərə alaraq bəzi istisnalarla diqqətinizə çatdırırıq:
«Bu gün Qarabağ münaqişəsində əsas problemlər qalmaqdadır. Çünki bəzi güclər münaqişənin son həllini istəmir. Başa düşürlər ki, bu halda həm İrəvana, həm də Bakıya qarşı təsir gücü itəcək. ABŞ-ın bu münaqişənin həllinə nail olmaq üçün bölgədə kifayət qədər resursları yoxdur. Bu gün hər iki ölkədə cəmiyyətin radikal mövqeyini əks etdirən qüvvələr var ki, onlar da bu məsələdə ciddi dəyişikliklərə qarşıdırlar».
Amerikalı siyasətçi Ermənistandakı son vəziyyətə diqqət çəkərək, hazırda ölkə daxilində özünü gücləndirməyə məcbur olan Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı aparacağı siyasətin onun üçün o qədər də asan olmayacağını bildirir. Qoblun fikrincə, Paşinyanın hazırda mandatı olsa da, lakin bu mandat onun Dağlıq Qarabağ məsələsini həll etməsi üçün yetərli deyil: “Ona görə də Qarabağ məsələsində o öz sələflərinin siyasi kursunu davam etdirir. Bundan əlavə, Tramp administrasiyasının bu regiona əsgər göndərəcəyi mümkün görünmür. Bu gün öz problemləri ilə baş-başa qalan Moskva üçün Ermənistan ikinci dərəcəli bir vəzifə olaraq qalır. Kreml Paşinyanı sevmir və eyni zamanda onu Qərbin ağuşuna salmaq üçün nəsə etmək istəmir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ermənilər yeni hakimiyyətin sərt üzünü görməyə başlayıblar
18.07.2019
Xalqımızın əxlaqi və mənəvi dəyərlərinə zidd olan mühacirlər...
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info