Fuad Cəfərov Memorialında növbəti tur
Tarix: 08.01.2019 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan Fuad Cəfərov Memorialı çərçivəsində turnirlərin növbəti turlarına start verilib. 10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda – beynəlxalq “Masters” turnirində 6-cı turun oyunları keçirilir. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) 5 turun nəticələrinə görə liderliyini davam etdirir. Sonuncu turda heç-heçə ilə razılaşan şahmatçı 4,5 xalla birincidir. İkinci yerdə 3 xalla Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) qərarlaşıb. Üçüncü pilləyə isə ukraynalı Mixail Simantsev (2401) 3 xalla sahib olub.
Səksən şahmatçının qatıldığı “Open” turnirində isə dördüncü turun oyunlarına start verilib. Üç turdan sonra 3 xalla iranlı Arya Omidi yenə də birincidir. Onunla yanaşı, 5 şahmatçı da hərəyə 3 xal qazanıb.
Otuz yeddi şahmatçının mübarizə apardığı C qrupunda (11 yaşadək) isə 6-cı turun oyunları keçiriləcək. Beş oyundan 4,5 xal toplayan Nihad Kərimov (1404) liderliyini davam etdirir. Turnir cədvəlində ikinci pillədə qərarlaşan digər şahmatçımız Aqşin Əlizadənin (1088) də 4,5 xalı var.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info