“Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
Tarix: 09.01.2019 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Gülnarə İmanova: “Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir”


Müasir dövrdə hər bir müstəqil dövlətin xarici siyasət strategiyası onun gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq, müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Dövlətçiliyin, müstəqilliyin, suverenliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Xarici siyasət və diplomatiya, eyni zamanda hər bir dövlətin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirdi ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Prezident, həmçinin qeyd etdi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: “Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
Dövlət başçısının bu fikirləri ilə bağlı Belarus Azərbaycan İcmaları Konqresi İdarə Heyətinin üzvü Gülnarə İmanova “Palitra”ya açıqlama verib: “Bəli, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bununla razılaşmamaq mümkün deyil. Cəmi 26 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddət ərzində uğurlu inkişaf yolu keçib. 1991-1992-ci illərdə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl tanınması və diplomatik əlaqələrin qurulması dünya ictimaiyyətinə inteqrasiya üçün geniş bir yol açdı. İkitərəfli və çoxtərəfli siyasi əlaqələrin qurulması iqtisadi və mədəni əlaqələrin inkişafı üçün əlverişli mühit yaratdı.
Öz növbəsində, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq siyasi münasibətlərin genişləndirilməsində, qarşılıqlı etimadın güclənməsində mühüm rol oynayır. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istifadəsi haqqında 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın digər ölkələrlə ikitərəfli münasibətlərinin genişləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün güclü bir təkan oldu. Ölkə etibarlı tərəfdaşa çevrildi”.
Gülnarə İmanova dedi ki, hazırda Azərbaycan dünya birliyində layiqli yer tutur və beynəlxalq arenada onun nüfuzu hər il artır: “Beynəlxalq əlaqələrin müstəqil subyekti olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasəti ölkənin illər ərzində formalaşmış çoxvektorlu, balanslı və müstəqilliyini qoruyan strategiyası istiqamətində yönəldilib. Azərbaycanın apardığı siyasət mehriban qonşuluğa, maraqlara qarşılıqlı sürətdə hörmət edilməsinə əsaslanır. Eyni zamanda Azərbaycan həm MDB ölkələri, həm də Avropa, Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin davamlı inkişafına müsbət yanaşır.
Belarusda yaşayan azərbaycanlıların bir nümayəndəsi olaraq, uzun illərdir ki, ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişafının şahidiyəm. Cari ildə Azərbaycan və Belarus diplomatik əlaqələrin 25 illiyini qeyd etdilər. Hər iki ölkənin liderləri ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və ölkələr arasında strateji tərəfdaşlıq münasibətini yüksək səviyyəli ikitərəfli səfərlərin sayı da təsdiqləyir. Ticarət, tibb, mədəniyyət və digər sahələrdə əməkdaşlıqdan əlavə, Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir”.
O qeyd etdi ki, Azərbaycan Respublikası uğurlu balanslaşdırılmış xarici siyasət apararaq, Azərbaycanın qlobal miqyasda mövqeyini gücləndirməyə, Xəzər-Qafqaz regionunda ən mühüm ölkə olmağa, Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici mühitin yaradılmasına və qorunmasına dair çalışır: “Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətə malik bir sıra iqtisadi, siyasi və mədəni tədbirlərin məkanıdır. Son illərdə Azərbaycanda İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Qlobal forumu, Birləşmiş Millətlər Təşkilatının Mədəniyyətlər İttifaqı Forumu kimi beynəlxalq tədbirlər keçirilib. Azərbaycana qarşı marağın artması davam edir. Təəccüblü deyil ki, müxtəlif ölkələrin yüksək rütbəli məmurları respublikaya tez-tez səfər edirlər. Onların sırasında dövlət və hökumət başçıları, nazirləri var. Turist axınının artması da ölkəyə qarşı marağın bir nümunəsidir.
Dinamik inkişaf edən Azərbaycan dünya güclərinin potensial tərəfdaşı kimi diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın maraq və fikirləri hər zaman nəzərə alınır, çünki o öz siyasətində yalnız beynəlxalq hüquq normalarına əsaslanır”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info