Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktor diplomunu təqdim edib
Tarix: 10.01.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Yanvarın 10-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaca bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim edilib. Aİİ-dən bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və məqsədyönlü surətdə davam etdirdiyini vurğulayıb. O, dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Aİİ-nin ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin Aİİ-nin strukturuna daxil edildiyini bildirib. Rektor iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulacın böyük xidmətlərini diqqətə çatdırıb, həmçinin Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən bəhs edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Aİİ-nin yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. G.İsmayılov Aİİ-nin ilk fəxri doktorunun məhz Təyyar Altıkulacın seçilməsinin təsadüfi olmadığını qeyd edib.
Sonra Təyyar Altıkulaca Azərbaycan ilahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Aİİ-nin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycanın uğurları ilə hər zaman fəxr etdiyini deyən Təyyar Altıkulac göstərilən diqqət və qayğıdan, etimaddan qürur duyduğunu bildirib. O, ilahiyyat fakültəsinin formalaşmasında 26 illik zəhmətini mərasim iştirakçılarının nəzərinə çatdırıb. T.Altıkulac ilahiyyat fakültəsinin daha da inkişaf edərək institut kimi fəaliyyət göstərməsindən və ilk fəxri doktor diplomunun məhz ona təqdim edilməsindən şərəf duyduğunu söyləyib. Bakı Dövlət Universitetinin ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev hazırda ilahiyyat sahəsində layiqli şəxsiyyətlərin yetişməsində, onların düzgün formalaşmasında 26 illik fəaliyyətinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, hər zaman Azərbaycanın yanında olan qardaş və dost Türkiyənin bu istiqamətdə xidmətləri böyükdür. İnstitut Azərbaycan ilahiyyat elminə layiqli töhfələr verəcək. Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Kamil Günəş Təyyar Altıkulacı fəxri doktor adı alması münasibətilə təbrik edib, ona bu şərəfli yolda nailiyyətlər arzulayıb.
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu çıxışında ilahiyyat sahəsində indiyə kimi görülən işlərin nəticəsini yüksək dəyərləndirib. Mərasimin sonunda Təyyar Altıkulac ali təhsil müəssisəsində yaradılan şəraiti yüksək qiymətləndirib, institutun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
19.03.2019
ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib
19.03.2019
Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019
Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
18.03.2019
Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info