Əvvəllər uşaqları poçtla göndərirdilər
Tarix: 11.01.2019 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Bu 10 dəfə ucuz başa gəlirdi

XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər.
Trend "Azərpoçt" MMC-nin saytına istinadən xəbər verir ki, buna səbəb həmin xidmətin dəyərinin bir dollardan az olması və qatar qiymətindən 10 dəfə ucuz başa gəlməsi idi.
Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı.
1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.
Poçt çəkisi 22.68 kq-a qədər olan canlıları da çatdıra bilirdi. Bu ona görə edilmişdi ki, kənd sakinləri poçtla ev quşları göndərə bilsinlər. Amma formal olaraq şərtlər balaca uşaqlara da uyğun gəlirdi.
1913-cü ilin yanvar ayında Biql ailəsi kənd poçtu ilə övladlarını nənələrinin yanına göndərdilər. Xidmətdən istifadə onlara 15 sentə başa gəldi. Yük isə 50 dollara sığortalanmışdı. Bu, poçt vasitəsilə göndərilən ilk uşaq idi. 27 yanvar tarixində isə Savis ailəsi də Pensilvaniyadan qızlarını Şarpsvill şəhərinə göndərdilər. Bu xidmət onlara 45 sentə başa gəldi.
1913-cü ildə bu halı qadağan etmək istədilər və uşaqların heyvan olmadığını bildirdilər. Amma yenə də valideynlər uşaqlarını poçtla göndərməyə davam edirdilər.
1914-cü ildə ABŞ-ın baş poçtmeysteri general Albert Sidney Berlizon poçt işçilərinə uşaq daşımağı qadağan edən qanunu qəbul etdi. Göndərişin qanunla qadağan olunmasına baxmayaraq, amerikalılar 1920-ci ilə qədər uşaqlarını poçt vasitəsilə göndərməyə davam etdilər.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Yağlı yeməklər ömrü uzadır
25.03.2019
Avropada yuxudan gec oyananlar arasında yunanlar birincidir
25.03.2019
Yığılması çətin, bişirilməsi rahat - quzuqarnı göbələyi
25.03.2019
Dubayda “dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib
24.03.2019
Saxta balın fəsadları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info