Ermənilər İrandan qaz almaq istəyirlər
Tarix: 11.01.2019 | Saat: 12:06:00 | E-mail | Çapa göndər


Rusiyadan alınan qazın bahalaşması yoxsulluq həddindən də aşağı səviyyədə yaşayan 120 min erməni ailəsini ağır vəziyyətə salacaq

Qaz şantajını Rusiyanın qonşu ölkələrə qarşı təzyiq göstərməsinin ən sevimli formatı kimi təqdim edən erməni saytı bunun vaxtilə Ukrayna, Avropa və hətta Rusiyaya daha çox yaxınlığı ilə tanınan Belarusa qarşı da tətbiq edildiyini bildirir. Sayt «2019-cu il yanvarın 1-dən etibarən ölkəmiz də Rusiya tərəfindən tətbiq edilən qaz şantajının «qurbanları» siyahısına daxil edilib»,- deyə bildirir.
Qeyd edilməlidir ki, ötən gün Rusiyanın «Kommersant» nəşri «Qazprom»un Ermənistana sərmayə yatırımını azalda biləcəyi ilə bağlı da xəbərdarlıq edib. Məhz bunları gözə alan erməni rəsmiləri artıq Ermənistan Əmək Nazirliyinin Sosial Müdafiə Xidmətinin bazasında qeydiyyatdan keçmiş 120 min yoxsulluq dərəcəsindən də aşağı yaşayan ailənin aqibəti barədə danışmağa məcbur olublar. Sayt yazır: «Prinsipcə, biz Rusiyanın Ermənistana qarşı «qaz dəyənəyi»ndən istifadə edəcəyini hələ ötən ilin ortalarından hiss etməyə başlamışdıq. Lakin bunun real olacağını Paşinyanın Moskvaya son - 2018-ci ilin dekabrındakı səfəri zamanı anladıq. Çünki həmin görüş zamanı Paşinyanın Putinlə qazla bağlı danışıqları uğursuz alındı. Niyə? İlk növbədə ona görə ki, Paşinyan Moskvanın Ermənistandakı kartlarını qarışdırdığına görə, hələ də Kreml üçün «narahat tərəfdaş» olaraq qalmaqdadır. Digər tərəfdən, özündən əvvəlki erməni rəhbərlərindən fərqli olaraq, yeni baş nazir Putinin irəli sürdüyü tələblərlə razı olmadı».
Maraqlıdır ki, erməni saytı Rusiya rəhbərinin irəli sürdüyü tələb kimi, ilk olaraq, Paşinyanın həyata keçirməyə başladığı çoxvektorlu xarici siyasəti göstərir: «…Bundan əlavə, Paşinyandan Kremlin kuklası olan Koçaryanın, Sarkisyanın ailəsinin, Xaçaturovun və digər sabiq korrupsiyalı məmurların təqibindən imtina etmək tələbləri də var. Əlbəttə ki, Paşinyan bunlarla razılaşa bilməzdi. Çünki Paşinyan erməni xalqının qəzəbinin hakimiyyət orqanları üçün nə olduğunu bilir (?)».
Sayt, Ermənistanın Moskvanın «qaz iynəsi»ndən qurtulmasına və ölkənin enerji təhlükəsizliyinə nail olmasına imkan verəcək variant kimi, İran qazını görür: «…Əgər Paşinyan hökuməti Ermənistanı tamamilə İran qazına keçirməyi qərara alırsa, ilk növbədə bu, Ermənistanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bununla Ermənistan Rusiya tərəfindən ölkəmizə qarşı tətbiq edilən diktatura və şantajdan xilas ola biləcək. Bəs belə olan halda, niyə biz tamamilə İran qazına keçməməliyik? Doğrudur, əvvəlki rəhbərlər, həm Koçaryan, həm də Sarkisyan «Qazprom»u qıcıqlandırmamaq üçün xalqa İran qazının satış qiymətinin baha olduğunu bildirirdilər. Belə ki, həmin ərəfədə İran hər min kubmetr qaz üçün 160 dollar tələb edirdi. Belə olan halda, biz niyə 165 dollarlıq rus qazından tamamilə imtina edib, 160 dollarlıq İran qazı almaqdan vaz keçməliyik? Bundan başqa, İranla qaz kəmərlərinin tikintisinə hər hansı bir kapital qoyuluşuna ehtiyac yoxdur. Belə ki, 2009-cu ildən etibarən biz artıq İran-Ermənistan qaz kəməri vasitəsilə İrandan müəyyən həcmdə qaz alırıq. Buna görə də, artıq Paşinyana Tehranla uğurlu danışıqlar aparıb, Ermənistanın üzərində dolaşan «qaz bombası»nın gətirdiyi zərbəni effektiv şəkildə pozmaq qalır».
Amma bir məsələ qaranlıq qalır ki, İran Rusiyanın maraqlarını tapdalaya bilərmi? İkincisi, yeni ağaları Ermənistana İrandan qaz almağa icazə verəcəkmi?
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info