Güzəştli mənzillərin sahibləri evlərinə köçməyə başlayıb
Tarix: 11.01.2019 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamalda inşa etdiyi Yaşayış Kompleksinin sakinləri evlərinə köçməyə başlayıblar. Kompleks ərazisində onların rahatlığı üçün hər cür şərait yaradılıb. Tam təmirli vəziyyətdə müştərilərə təqdim edilən mənzillərdə hətta mətbəx mebeli quraşdırılıb. Kompleks ərazisində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada uşaq bağçası, məktəb, stadion tikilıb. Balacaların asudə vaxtının səmərəli təşkili məsələsi də diqqətdən kənarda qalmayıb. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin təməli 2016-cı ilin dekabrında qoyulub. Ərazidə 29 yaşayış binası inşa olunub. Kompleksin baş planı üzrə 5 binada ötən ilin sentyabrında "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb ki, bunlardan da 278-nin alqı-satqısı artıq başa çatıb. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksindəki növbəti mənzillərin satışına başlanılacaq.
Mənzil seçimi günü vətəndaşlar fərdi elektron kabinetlərinə daxil olaraq "Erkən gələnə erkən xidmət" əsasında mənzillərini seçə biləcəklər. Yenilik olaraq bu dəfə agentlik güzəştli mənzil almaq istəyənlər üçün sınaq satışı da təşkil edəcək. Belə ki, yanvarın 12-də yarım saat ərzində - saat 15:00-dən 15:30-dək vətəndaşlar elektron imza və "Asan İmza"dan istifadə bacarıqlarını yoxlamaq üçün mənzillərin sınaq seçimində iştirak edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info