Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində startaplar gecəsi keçirilib
Tarix: 11.01.2019 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Beynəlxalq Gənclər Biznes Klubunun təşkilatçılığı, bu ölkədəki səfirliyimizin və Azərbaycan–Fransa Dialoqu Assosiasiyasının tərəfdaşlığı ilə startaplar gecəsi keçirilib.
Assosiasiyadan verilən məlumata görə, əvvəlcə təşkilatçılar Fransadakı səfirliyimizə təşəkkürlərini bildiriblər. Ölkəmizdə fəaliyyət göstərən startaplarla əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər. Tədbirdə səfirliyimizin müşaviri Vaqif Ağayev çıxış edib. Bildirib ki, səfirliyin Mədəniyyət Mərkəzinin məqsədi mədəniyyətimizi təşviq etmək və iki ölkə xalqlarının daha da yaxınlaşmasına töhfə verməkdir.
V.Ağayev ölkəmizdə gənclərə və startaplara dövlət qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb. Gələcəkdə iki ölkənin gəncləri və startapları arasında sıx əlaqələr yaranacağına və onların birgə fəaliyyət göstərəcəklərinə ümidvar olduğunu deyib.
“Gulf Development Company” şirkətinin meneceri Hussam Nasravin səfirliyimizə tədbirdə tərəfdaş olduğu üçün təşəkkür edib. O, Azərbaycan startapları ilə yaxından maraqlandıqlarını və onlarla əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıb. Azərbaycanın gənc və perspektivli ölkə olduğunu vurğulayaraq, onun öz inkişafı ilə dünyanın diqqətini cəlb etdiyini bildirib.
Tədbirdə bir neçə startap şirkəti fəaliyyətləri ilə bağlı təqdimatlar ediblər. Sonda Ceyhun Aydınoğlu zurna, balaban, tütək və sazda xalq mahnılarımızı səsləndirib. Azərbaycan musiqisi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Bir kitabın fəryadı
16.01.2019
Fransada Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyilə bağlı tədbirlər keçirilir
16.01.2019
Mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcək
16.01.2019
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası buraxılıb
15.01.2019
Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info