“Huawei”in Çinə göndərdiyi tələbələr vətənə dönüblər
Tarix: 11.01.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Artıq 15 ildir Azərbaycanda fəaliyyət göstərən “Huawei” şirkətinin “Seeds for the Future” proqramı çərçivəsində Çinə göndərilən tələbələr vətənə geri dönüblər.
2016-cı ildən start verilən bu proqram boyunca hər il olduğu kimi, bu il də Çinə 10 tələbə yola salınıb. 1-15 dekabr aralığında baş tutan təlimdə azərbaycanlı tələbələrlə yanaşı, digər ölkələrdən olan əcnəbi tələbələr də iştirak ediblər. “Huawei” şirkətinin baş ofisində baş tutan İKİ həftəlik təlimlərdə tələbələr informasiya texnologiyaları sahəsi üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edərək Çin mədəniyyəti ilə də yaxından tanış olmaq imkanı əldə ediblər.
Təlim proqramı əsnasında tələbələr Azərbaycanın Çindəki rəsmi səfiri ilə görüşüb, habelə məşhur Çin Səddini, İmperator sarayını, Şençjen şəhərində yerləşən laboratoriyanı ziyarət ediblər. Beynəlxalq təlim proqramını uğurla başa vuran tələbələrə imtahan sonrası sertifikatlar təqdim olunub.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin ərəfə Bakıda keçirilən “Bakutel 2018” sərgisində iştirak edərkən Çindəki azərbaycanlı tələbələrlə canlı video bağlantıya keçib.
“Seeds for the Future” qlobal proqramı “Gözəl Azərbaycan” sosial layihəsi çərçivəsində həyata keçirilir. Proqram iştirakçıları dünyanın 200-dən artıq ölkəsində təhsil alan və telekommunikasiya sahəsi ilə maraqlanan tələbələr arasından seçilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
19.03.2019
ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib
19.03.2019
Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019
Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
18.03.2019
Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info