2018-ci ildə nə qədər “E-imza“ sertifikatından istifadə edilib?
Tarix: 11.01.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Ölkədə "Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənməkdədir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub. İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 206-ı dövlət qurumları, 41 612-si hüquqi şəxslər, 34 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub. Son bir ayda istifadəyə verilən "E-imza” sertifikatlarının sayı isə 3 146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1 834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb. Bununla yanaşı, "E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 332 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 990 461 olmaqla, ümumilikdə 45 323 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 451 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 127 063, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 324 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb. "E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info