SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək
Tarix: 11.01.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Yanvar 17-də SOCAR istiqrazları üzrə 2019-cu ilin ilk faiz ödənişi həyata keçiriləcək.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlmiş olacaq.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən gerialma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24 faiz, korporativ istiqraz bazarındakı payı isə 87 faiz təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23.07.2019
Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
23.07.2019
Azərbaycan nefti bahalaşıb
22.07.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22.07.2019
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info