Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi turnir start götürüb
Tarix: 11.01.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Yanvarın 11-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb. 81-ci dəfə keçirilən turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) təmsil edirlər. Turnirdə, həmçinin hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2835), sabiq çempionlar Vişvanatan Anand (2773) və Vladimir Kramnik (2777), ev sahibi Aniş Giri (2783) və ötən ilin ən yaxşı çıxış edən çinli Dinq Liren (2813) də mübarizə aparırlar. İsveçrə sistemi üzrə 14 turdan ibarət keçiriləcək turnirin 12 turu Veyk-An-Zeedə təşkil olunacaq. Beşinci turun partiyaları Alkmar, 10-cu turun qarşılaşmaları isə Leyden şəhərlərində oynanılacaq. Yanvarın 27-dək davam edəcək turnirdə ayın 17-si, 21-i və 24-ü istirahət günləridir. Festival çərçivəsində əsas (“Masters”) turnirlə yanaşı, “Challengers” yarışları da keçiriləcək. Xatırladaq ki, Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Zee turnirinin qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
“Barselona“nı uzaqdan görmək istəyirəm“
28.10.2020
“Bavariya” Alaba ilə razılaşa bilmir
28.10.2020
“Liverpul”, “MSiti” və “Bavariya” qələbə qazanıb, “Real” isə...
27.10.2020
“Barselona”nın prezidenti istefa verib
27.10.2020
“Yuventus“ Fati ilə maraqlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Manqal salatı
5 Əriştədən bir ailənin 9 üzvü öldü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info