Erməni politoloq: Ermənistanda normal demokratik institutlar yoxdur
Tarix: 11.01.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Ermənistanda 2018-ci ilin aprelində başlayan siyasi elitanın dəyişməsi prosesi başa çatır və yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyi sual altındadır. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında söyləyib. Ermənistandakı siyasi reallıqdan danışan institut direktoru əlavə edib: “Ermənistanda güclü və inkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq başqa məsələdir”.
İskəndəryanın sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. O, Ermənistanda sosial-iqtisadi siyasətin də bu məsələdə həlledici rol oynayacağını vurğulayıb. Politoloq deyib: “Mən şübhə edirəm ki, indi hakimiyyətə gələnlər hələ ötən ilin fevral-mart aylarında buna özləri də inanmırdı. Buna müvafiq olaraq, onların iqtisadiyyatda, siyasətdə və sosial sahədə islahatların aparılması barədə təsəvvürləri yoxdur və ola da bilməz”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info