Bərdənin 9 kəndində suvarma sisteminin bərpası məqsədilə qrant müqaviləsi imzalanıb
Tarix: 11.01.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində tezliklə Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası ilə bağlı yeni layihənin icrasına başlanılacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 11-də Bərdə Rayon İcra Hakimiyyətində “Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfəsini verəcək.
Məlumat verilib ki, Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası layihəsinin ümumi məbləği 82 min 719 ABŞ dolları təşkil edir. Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 237 layihə üzrə qrant müqaviləsi imzalanıb. Ümumi dəyəri 1 milyon 170 min ABŞ dolları olan daha 11 yeni layihə üzrə isə danışıqlar davam etməkdədir.
Diqqətə çatdırılıb ki, yeni layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib, bu layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb.
Sonra səfir və “Aran” Humanitar Regional İnkişaf Təşkilatının direktoru layihə üzrə qrant müqaviləsini imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info