Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib
Tarix: 11.01.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, 2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb. Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb. Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.
2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olub. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.
2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarcə, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yükdaşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 2017-ci və 2018-ci illərdə hava limanı ardıcıl olaraq Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info