Gəncə Dövlət Universiteti bu il tələbə şəhərciyini istifadəyə verəcək
Tarix: 11.01.2019 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Bu il Gəncə Dövlət Universitetinin (GDU) hər biri 5 mərtəbədən ibarət 4 yataqxana binası əsaslı təmirdən sonra tələbələrin istifadəsinə veriləcək. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov məlumat verib. Rektor bildirib ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən və vaxtilə tələbə şəhərciyi tipində inşa edilmiş ilk 3 yataqxana binası dövlət büdcəsindən ayrılmış vəsait hesabına əsaslı təmir ediləcək. Cavad Rəfibəyli küçəsində yerləşən yataqxana binası isə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurulacaq.
Yusif Yusibov deyib: “Universitetimizin tələbə şəhərciyində yerləşən hər üç yataqxana binası 1967-ci ildə istifadəyə verilib. Cavad Rəfibəyli ünvanında yerləşən yataqxana binası isə 1972-ci ildə tikilib. Yataqxanalar istifadəyə verildiyi vaxtdan bəri heç vaxt əsaslı təmir aparılmayıb. Bununla belə həmin yataqxanalarda 1993-cü ildən etibarən Kəlbəcərdən olan məcburi köçkün ailələri məskunlaşıblar. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Gəncə şəhərində Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni qəsəbə salınıb və universitetin yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilib. İndi bizim qarşımızda duran əsas vəzifə həmin binaları əsaslı təmir edərək tələbələrimizin ixtiyarına verməkdir. Bu vaxta qədər tələbələrimizin dərsdən sonrakı asudə vaxtlarını səmərəli təşkil edə bilmirdik. Həmçinin universitetin tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi bütün bəndlər üzrə həyata keçirməyə mane olur, tələbə mübadiləsi proqramlarını səmərəsiz edirdi”.
Yaxın günlərdə başlanacaq təmir işlərindən danışan rektor qeyd edib ki, hazırda ərazidə planlama və söküntü işləri aparılır. Bir neçə gündən sonra isə binaların əsaslı təmirinə başlanılacaq. Tələbə şəhərciyində bütün infrastruktur yenilənəcək və ümumilikdə 320 otaq yenidən qurulacaq. Tələbələrin rahatlığı üçün hər cür şərait yaradılacaq, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi qurulacaq, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq. Şəhərcikdə kitabxana, oxu və idman zalları, tibb məntəqəsi və yeməkxana, gənclər üçün idman meydançası və istirahət məkanları yaradılacaq. Cavad Rəfibəyli ünvanında yerləşən yataqxanada isə 101 otaq yenidən qurulacaq.
Beləliklə, bu ilin sonunadək əsaslı təmir edilmiş, ümumilikdə, 421 otaqdan ibarət yataqxana binaları və tələbə şəhərciyi universitetin tələbələrinin istifadəsinə veriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info