Qafqaz Universitetinin əməkdaşı Nyu-Yorkda maliyyə təlimlərinə qatılıb
Tarix: 16.07.2013 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Amerikanın Nyu-York ştatında “Nyu-York Birjası 2013-cü il müəllimlərin təlim proqramı” keçirilib. Bu barədə Qafqaz Universitetindən qəzetimizə məlumat verilib. Təlim Nyu-Yorkun möhtəşəm maliyyə prospekti sayılan Wall Street-dəki birjanın tarixi binasında keçirilib. Təlim proqramında Amerikanın müxtəlif kollec, universitet və məktəblərində maliyyə dərsləri tədris edən müəllimlərlə yanaşı Azərbaycandan Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Füzuli Əliyev də iştirak edib. Təlimin məqsədi maliyyə fənlərini tədris edən müəllimləri maliyyə bazarları ilə yaxından tanış etmək və birjada baş verən prosesləri daha yaxından izləmələrinə imkan yaratmaqdır. Təlimlər Nyu-York Birjasının müvafiq strukturlarının müdirləri və ya müdir müavinləri tərəfindən mühazirələr, təqdimatlar, simulyasiyalar formasında keçirilib. Təlimin birinci günü iştirakçı müəllimlərə Nyu-York Birjasının tarixi, avtomatlaşdırılmış alqı-satqı platformaları, qanunvericilik bazası haqqında təlimlər keçirilmiş, növbəti günlərdə maliyyə bazarları mütəxəsissləri-brokerlər, market meykerlərlə görüşlər keçirilmiş, opsion, fyuçers və digər törəmə maliyyə alətləri maliyyə bazarlarında karyera imkanları və s. mövzularda təqdimat-mühazirələr verilib. Proqram çərçivəsində iştirakçılar 2 dəfə Nyu-York Birjasının əməliyyat mərtəbəsinə (trade floor) enmiş, investisiya institutlarının nümayəndələri, market-meykerlər və brokerlərlə söhbət etmiş, real rejimdə alqı-satqı əməliyyatlarını müşahidə ediblər, növbəti günlərdə Amerika Maliyyə Muzeyini gəzmiş, Nyu-York Birjasının icraçı direktoru Duncan Niederauer ilə görüş keçiriblər. Proqramda maliyyə bazarları mütəxəssisləri tərəfindən müəllimlərə maliyyə bazarları fənlərinin tədris metodları haqqında tövsiyələr, əyani vasitələr, faydalı elektron resurslar verilib. Təlim proqramının sonunda iştirakçılar diplom ilə təltif ediliblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info