Şimal bölgəsinin daha 19 kəndinin qazlaşdırılmasına başlanılacaq
Tarix: 11.01.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Şimal bölgəsində hazırda Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması üçün tədbirlər görülür.

Dörd rayonda 19 yaşayış məntəqəsinin qazlaşdırılması üçün layihələndirmə işləri aparılır

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2019-cu ildə “Azəriqaz” İB tərəfindən şimal rayonlarında 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bu il Xaçmazda 9, Qubada 4, Qusar və Şabran rayonlarının hər birində isə 3 kənd “mavi yanacaq”la təmin olunacaq. Hazırda həmin yaşayış məntəqələrinin qazlaşdırlması üçün layihələndirmə işləri həyata keçirilir.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, şimal rayonları ölkəmizin ən soyuq bölgələrindən sayılır. Bu səbəbdən buradakı yaşayış məntəqələrinin təbii qazla təminatı da diqqət mərkəzindədir.

Ötən il şimal rayonlarında daha 3 min 614 abonent “mavi yanacaq”dan istifadə etmək imkanı qazanıb

Prezident İlham Əliyevin yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tapşırıqlarına əsasən 2018-ci ildə şimal bölgəsindəki 5 rayonda 25 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Bu yaşayış məntəqələrində 3 min 614 abonent var.
Ötən il Xaçmaz rayonunda 18 kənd və qəsəbənin sakinləri üçün “mavi yanacaq”dan istifadə etmək imkanı yaradılıb. Xüsusilə rayonun Nabran-Yalama turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin tam yekunlaşdırılması yerli sakinlər və burada fəaliyyət göstərən sahibkarlar tərəfindən razılıqla qarşılanıb. Hazırda Nabran, Xanoba, Tel, Yaquboba, Səlimoba, Günəşli, Meşəli, Pərdiqıran, Vələmir, Aşağıoba, Aslanoba, Seyidli, Sahillər, Dalğalı, Şimali, Turist, Samurçay, Xuray, Çax-Çaxlı, Qaracik Zeyid, Şıxlı və Məcidoba digər yaşayış məntəqələrində, ümumilikdə, 2 mindən çox abonent artıq təbii qazdan istifadə edir.

Turizm zonasındakı yaşayış məntəqələrinin qazlaşdırılması əlavə imkanlar yaradır

İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradırdı. Turizm zonasındakı yaşayış məntəqələrinin qazlaşdırılması buradakı istirahət mərkəzlərinin yay mövsümü ilə yanaşı, qışda da fəaliyyət göstərməsinə imkan verir.

Region üzrə əhalinin qazla təmin edilməsi isə 78 faiz təşkil edir

2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun Qozağacı kəndlərində qazlaşdırma işləri başa çatdırılıb.
Region üzrə əhalinin qazla təmin edilməsi isə 78 faiz təşkil edir.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info