Paşinyan cəmiyyətdə narazılığın artdığını başa düşür
Tarix: 11.01.2019 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Stepa Safaryan:”Biz növbəti təzyiq dalğasının altında qaldıq”

Yazının başlığına çıxardığımız fikri Ermənistan Təhlükəsizlik və Beynəlxalq Məsələlər İnstitutunun təsisçisi olan Stepa Safaryan “Lragir.am” saytına verdiyi açıqlamada bildirib.
Paşinyanın ötən gün İrəvan meriyasında zibil toplama ilə bağlı keçirilən tədbirə qatılmasının onun bütün problemlərlə baş-başa qaldığına dəlalət etdiyi bildirilir. Safaryanın sözlərinə görə, bu gün Ermənistanda hakimiyyət orqanlarının yüksək səmərəliliyi barədə danışmaq çətindir. Bunu ötən ilin sentyabrında seçilmiş İrəvan merinin də yararsız fəaliyyəti sübut edir. Yəni bu ərəfədə heç bir xüsusi dəyişikliklərin nəzərə çarpmaması məhz onun yararsız fəaliyytinin nəticəsidir: «…Ən maraqlısı isə Yeni ildən sonra şəhərdə zibilin çoxalmasını adi hal kimi dəyərləndirən baş nazirin müavininin zibil deyil, daha çox, qlobal problemlər barədə düşünməyə çağırış etməsidir. Əslinə baxanda, yanlışlıqlar aydındır. Nikol Paşinyanın İrəvan şəhərindəki görüşdə iştirak etməsi fövqəladə bir faktdır. Göründüyü kimi, Paşinyan cəmiyyətdə narazılıqların artdığını, gözləntilərin yüksək olduğunu anlayır və bir neçə aydan bəri qeyri-konkret izahatların olduğunu düşünərək, görüşdə özü də iştirak etmək qərarına gəldi. Təbii ki, Paşinyan hər kəsin yerinə işləyə bilməz. Amma fakt budur ki, yeni formalaşacaq parlamentdə olduğu kimi, İrəvan meri də Paşinyanın partiyasının- «Mənim addımım» blokunun nümayəndəsidir. Məhz bu mənada, gələcəkdə Ermənistanı idarə edənlər haqqında ciddi düşünmək lazımdır. Belə görünür ki, bu şəraitdə idarəetməyə peşəkarlar cəlb etməsə, Paşinyan üçün çox çətin olacaq. Biz bunun bariz nümunəsini sabiq hakimiyyətlər dövründə də gördük. Belə ki, onlar ölkəni elə vəziyyətə gətirmişdilər ki... Bu gün ölkənin bütün sahələrində islahatlar aparılmasına böyük ehtiyac var. Çünki uzun müddət Ermənistanda heç bir islahat aparılmadığından, hətta peşəkar Hayk Marutyan lazımi bir şey edə bilmədi». (Qeyd edim ki, hazırkı İrəvan meri Hayk Marutyan ixtisasca komik aktyordur. Paşinyan blokuna daxil olana qədər öz sənəti ilə məşğul olub -A.B.)
Sayt əməkdaşı ölkədə qazla bağlı yaranmış problemə eyhamla, «sərhəddə qiymətin artması yeni hökumətin məğlubiyyəti hesab edilə bilərmi?”-deyə sual ünvanlayır.


“Gələcəkdə Ermənistanı idarə edənlər haqqında ciddi düşünmək lazımdır. Belə görünür ki, bu şəraitdə idarəetməyə peşəkarlar cəlb etməsə, Paşinyan üçün çox çətin olacaq”


Safaryan bu məsələdə mirasın çox ağır olduğunu bildirir: «Bu məsələyə dair bütün günahları təkcə mövcud hakimiyyətin adına yazmaq çətindir. Çünki oyunun qaydaları Ermənistanın xeyrinə deyil, bunların çoxu köhnə hakimiyyət orqanları tərəfindən bağlanmış müqavilələrdən irəli gəlir. Etiraf etmək lazımdır ki, elə əvvəlki hakimiyyət nümayəndələrini də o qədər günahlandırmaq düz olmazdı. Çünki onlar da həmişə Rusiya tərəfindən göstərilən ciddi təzyiq altında işləməyə məhkumdular. Onlar öz hakimiyyətlərini saxlamaq üçün bütün müqavilələri imzalamağa gedirdilər. Bu mənada, Ermənistanın qaz qiymətləri ilə bağlı danışıqlar strategiyası xəyal edilə biləndən daha geniş bir vəzifədir. Qeyd edim ki, Rusiyanın daxilindəki qiymət satışı ilə Ermənistana qaz verilməsini İrəvanın Avrasiya İqtisadi Birliyinə qoşulma şərti kimi göstərmişdilər. Lakin indi belə görünür ki, Rusiya bu şərtləri pozur. Əslində, Paşinyanın bunu Ermənistandakı dəyişikliklə əlaqələndirmək istəməməsinə baxmayaraq, etiraf edim ki, bu, həmişə siyasi məsələ olaraq qalmaqdadır. Xatırladım ki, vaxtilə bu problemlər Rusiya-Belarus, Rusiya-Qazaxıstan əlaqələrində də yaranmışdı. İndi belə görünür ki, biz növbəti təzyiq dalğasının altında qaldıq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info