Rostov vilayətindəki Azərbaycan diasporunun nümayəndələri müraciət qəbul ediblər
Tarix: 11.01.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Rostov vilayətində yaşayan azərbaycanlılar Rostov-Donda Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) rəhbəri Vaqif Mustafayevin bu regionun erməni icmasını Milad bayramı münasibətilə bütün azərbaycanlılar adından təbrik etməsi barədə yayılmış məlumatla əlaqədar müraciət qəbul ediblər. Müraciətdə qeyd edilir ki, bu fakt regionda yaşayan azərbaycanlıları “dərindən hiddətləndirib”. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Qeyd edək ki, bu gün Vaqif Mustafayev Rostov vilayətində yaşayan azərbaycanlıların təqribən 20 il bundan əvvəl yaradılmış mədəni muxtariyyətinin rəhbəri sayılır. Vaqif Mustafayev Rostovda fəaliyyəti dövründə bu regionun kriminal avtoritetləri ilə sıx bağlı olub, bazarlarda və müəssisələrdə işləyən həmvətənlərimizdən pul qoparmaqla məşğul olub. Sonralar Vaqif Mustafayev cinayətkar fəaliyyətinə görə RF hüquq-mühafizə orqanları tərəfindən mühakimə olunub və yeddi il müddətinə həbs cəzasına məhkum edilib. Həmin dövrdə ictimai təşkilata Vaqif Mustafayevin etnik erməni olan həyat yoldaşı rəhbərlik etməyə başlayıb.

Hazırda Vaqif Mustafayevin və onun ictimai təşkilatının ətrafında praktiki olaraq bizim həmvətənlərimiz yoxdur və o, özünü populyarlaşdırlmaq üçün Rostov vilayətində azərbaycanlıların fəaliyyətinə hər vasitə ilə mane olur. Onu da bildiririk ki, Vaqif Mustafayev bu ictimai təşkilatda uydurma fəaliyyətdən başqa heç nə ilə məşğul olmur. Bununla belə o, FMMM-in büdcəsindən ayrılan vəsaitdən özünün şəxsi tamahkar məqsədləri üçün istifadə edir.
Biz hesab edirik ki, bu əməllər Azərbaycan xalqının milli vətənpərvərlik hisslərinin və günahsız insanların, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş qocaların və uşaqların xatirəsinin təhqir olunmasına yönəlmiş hüquqazidd hərəkət, qəsdən törədilən provokasiyadır”.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
20.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
19.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info