Mehman Hüseynov onun adından kampaniya aparanlara irad tutub
Tarix: 11.01.2019 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib: “Mən nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram”


Həbsdə olan bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. “Report” M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edir.
Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim. Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25.06.2019
Mühacirlər “ağalarının” sifarişlərini yerinə yetirirlər
25.06.2019
Müdafiə nazirindən tapşırıq: əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info