Prezident: Azərbaycan 2018-ci ildə nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə edib
Tarix: 12.01.2019 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Azərbaycan 2018-ci ildə nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə edib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
İlham Əliyev bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün bir çox ikitərəfli təmaslar olub, razılaşmalar əldə edilib: "Mənim keçən il Türkmənistana dövlət səfərim çərçivəsində 21 sənəd imzalanmışdır. Onlardan 9-u məhz nəqliyyat sektoruna aiddir. Türkmənistanla əldə edilmiş razılaşma imkan verəcək ki, digər Orta Asiya ölkələri, Əfqanıstan öz yüklərini Türkmənistandan keçməklə Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə dünya bazarlarına çıxara bilsinlər. Ələt Dəniz Ticarət Limanında xüsusi şərait yaradırıq. Müvafiq orqanlar həm tarif siyasətini, həm də tranzit imkanlarını dövlətlərarası səviyyədə tənzimləyiblər. Yəni, bu, bizim üçün yeni böyük nəqliyyat imkanları yaradır. Onu da bildirməliyəm ki, nəinki Orta Asiya ölkələri ilə, eyni zamanda, Əfqanıstanla danışıqlar aparılıb və aparılacaq. Biz Əfqanıstanın “Lapis-Lazuli” layihəsini Bakı-Tbilisi-Qars layihəsi ilə birləşdiririk".
Dövlət başçısı əlavə edib ki, artıq Əfqanıstandan da birinci yüklər Türkmənistan ərazisindən Azərbaycana, ondan sonra da Qərb istiqamətinə getməyə başlayıb: "Ona görə bizim hədəfimiz odur ki, Orta Asiyanın yüklərinin böyük hissəsini biz bu istiqamətə cəlb edək. Artıq bu proses başlanmışdır. Təbii ki, Türkmənistan bu imkanlardan istifadə edir, Tacikistan yükləri bu marşrutla gəlir, Əfqanıstan bu yolla yükləri göndərməyə başlayıb. Biz yaxın gələcəkdə Özbəkistanla da danışıqlar aparacağıq. Təbii ki, Qazaxıstanla bizim bu sahədə ənənəvi əməkdaşlığımız var və Qırğızıstan tərəfinə də biz öz təkliflərimizi göndərmişik. Ona görə çox böyük bir inkişaf olacaqdır. Biz isə keçən il Ələt Dəniz Ticarət Limanını işə saldıq, dəmir yolu da hazırdır, ona görə bütün infrastruktur var”.
Prezident xatırladıb ki, keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür: “Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmir yolu var, ancaq sürət aşağıdır. Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıbdır. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz “Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaqdır.
Onu da bildirməliyəm ki, keçən il Bakı və Sumqayıt dəmir yolu vağzalları yenidən quruldu. Bakı-Sumqayıt sürət qatarı işləyir və sərnişinlər bu qatardan çox razıdırlar. Müasir vaqonlar alınır. Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var".




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Türkiyənin Acıpayam bölgəsində yeraltı təkanlar davam edir
25.03.2019
Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
24.03.2019
İndoneziyada ölkənin ilk metropoliten xətti açılıb
24.03.2019
Azərbaycan və Pakistan hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək
24.03.2019
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info