Dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir
Tarix: 12.01.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər



Alimlər müəyyən ediblər ki, dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir. Bunun səbəbi atmosferə emissiya olunan karbon dioksid qazının əmələ gətirdiyi istinin okean sularına qarışmasıdır.
AZƏRTAC “The New York Times” qəzetində dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, “Science” jurnalının elmi məqaləsində okeanlarda istiləşmənin beş il əvvəl BMT-nin verdiyi proqnozlardan daha sürətlə baş verdiyi və son illər rekord həddə çatdığı qeyd olunub. Yeni tədqiqatlara dair hesabatda göstərilir ki, bu baxımdan 2018-ci ildə mənfi tendensiya güclənməkdə davam edib.
“Berkeley Earth” qrupunun hazırladığı hesabatda vurğulanıb ki, dünya okeanları insan fəaliyyətinin zərərli nəticələri olan qazların 93 faizini udur. Rutgers Universitetinin professoru Malin Pinskinin sözlərinə görə, hazırda onların sayəsində Yerdə ekoloji tarazlıq qorunur, lakin atmosferə buraxılan qazları udan okeanlarda flora və fauna sürətlə məhv olur, suyun səviyyəsi qalxır və dağıdıcı tufanların sayı getdikcə artır. Alim əlavə edib ki, daha yüksək temperaturu olan okeanlardan balıqlar digər su hövzələrinə axın edirlər. “Bir çox ölkələrdə insanların qida rasionunun əsasını təşkil edən balıqların sürətlə azalması təkcə sosial gərginliyə deyil, habelə ölkələr arasında münaqişəyə da səbəb ola bilər”, deyə Pinski diqqətə çatdırıb.
Alimlər xəbərdarlıq edirlər ki, okean sularının isinməsi nəticəsində 2017-ci ildə baş vermiş Harvey və bir il sonra daha çox dağıdıcı təsir göstərən Florens tufanlarından da güclü fəlakətlər ola bilər. Artıq son üç ildə milyonlarla insanın qida mənbəyi olan mərcan riflərinin beşdəbir hissəsi məhv olub. “Okeana” ekologiya qrupunun tədqiqatçısı Ketrin Metyu bildirib ki, mərcan riflərinin məhv olması tropik zonalarında yaşayan insanların ərzaq təminatına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, okeanların flora və faunasının məhvi son nəticədə insanları protein mənbəyindən məhrum edəcək.
2000-ci ildən başlayaraq ekoloqlar okean sularının temperaturunu “Argo” adlanan üzən dreyf vasitəsilə ölçürlər. Yunan əsatirindəki gəminin adından götürülmüş bu dreyf məlumatları peyk vasitəsilə ötürür. Məhz bu dreyfin tədqiqatları BMT-nin 2014-cü ildə verdiyi proqnozları alt-üst edib.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Yağlı yeməklər ömrü uzadır
25.03.2019
Avropada yuxudan gec oyananlar arasında yunanlar birincidir
25.03.2019
Yığılması çətin, bişirilməsi rahat - quzuqarnı göbələyi
25.03.2019
Dubayda “dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib
24.03.2019
Saxta balın fəsadları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info