Çavuşoğlu və Pompeo Suriyadakı son hadisələri müzakirə ediblər
Tarix: 12.01.2019 | Saat: 13:13:00 | E-mail | Çapa göndər



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon söhbəti edib.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb. İki dövlətin xarici siyasət idarələri rəhbərlərinin Suriyadakı son hadisələri müzakirə etdikləri bildirilir.
Türkiyə Xarici işlər Nazirliyinin nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək. Danışıqlarda tərəflərin bir sıra mövzuları, o cümlədən Suriyada vəziyyəti, PKK ilə mübarizəni, həmçinin konsulluq məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir qədər əvvəl Suriyadan qoşunların çıxarılmasının İŞİD-ə və digər terror qruplaşmalarına qarşı ABŞ-la birgə vuruşanların, eləcə də YPG-nin təhlükəsizlinin təmin olunması nəzərə alınmaqla həyata keçirilməli olduğunu bəyan edib. Rəsmi Ankara müşavirin bu sözlərinə kəskin reaksiya verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terror birləşmələrinin təhlükəsizliyinə zəmanət verilməsi tələbini ciddi səhv adlandırıb. O bildirib ki, Boltonun Ankara səfərindən sonra Türkiyə istənilən vaxt Suriyada antiterror əməliyyatına başlaya bilər.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info