Ermənistanın nicat yolu…
Tarix: 12.01.2019 | Saat: 22:39:00 | E-mail | Çapa göndər



“Paşinyan hökuməti xoşbəxt və qürurlu bir stendlə xalqın gözünə kül üfürərək, inflyasiyanın real dərəcələrini, iqtisadi tənəzzülü,, qaz tarifinin artırılmasının mənfi nəticələrini gizlətməyə çalışır”. Bu fikirləri “Facebook” səhifəsində Ermənistan Respublikaçılar partiyasının sözçüsü Eduard Şarmazanov yazıb.

Qeyd edək ki, ötən gün erməni iqtisadşı Qrant Baqratyan baş nazir Nikol Paşinyan 2018-ci ildə ölkədə qiymət artımının 1,8 faiz təşkil etdiyi barədə dedıklərinın həqiqətə uyğun olmadığını bildirib: “Baş nazir Nikol Paşinyan detektorların proqnozlarına zidd olaraq 2018-ci ildə ölkədə qiymət artımının cəmı 1,8 faiz artdığını bildirmişdi. Maraqlıdır ki, Paşinyan bunu bəyan etməklə, ölkənin Mərkəzi Bankın və hökumətin işindən razılığını da izhar etmişdi. Amma Paşinyana xatırlatmağa dayər ki, ötən il ölkədə qiymət artımını baş nazirin dediyi kimi, 1,8 faiz deyil, 2,8 faiz olduğunu xatırlatmağı özümə borc bilirəm. Baş nazirə onu da xatırlatmaq lazımdır ki. erməni istehlakçıları 2018-ci ildə 2017-ci illə müqayisədə mal və xidmətlərə görə 2,5 çox ödəniş ediblər” (“Aysor”)
Yeri gəlmışkən bildirək ki, ermənilərin “168 jam” saytı 2019-ci ildə Ermənistanda ən az 3 faizlık qiymət artımı dalğasının gözlənildiyini bildirib. Saytın ehtimallarına görə,
qiymət artımı daha çox ət və kənd təsərrüfatı məhsullarında müşahidə ediləcək. Belə görünür ki. Ermənistanı, bu ölkə əhalisini gözləyən fəsadlar hələ irəlidədir.
Təbii ki, burada Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində dediklərinə istinad etməyə məcburuq: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır".

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info