Fransada etiraz aksiyalarının gedişində 240 nəfər saxlanılıb
Tarix: 12.01.2019 | Saat: 23:28:00 | E-mail | Çapa göndər



“Sarı jiletlilər”in bu gün Fransada keçirilən növbəti etiraz aksiyalarının gedişində saxlanılanların sayı 240 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, BFM telekanalının polis orqanlarına istinadla yaydığı məlumata görə, bir sıra şəhərlərdə, o cümlədən Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Fransa paytaxtında gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.
Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.
Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.
Fransada miqyaslı etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb. Bu, artıq 9-cu şənbədir ki, “sarı jiletlilər” Parisdə və ölkənin digər şəhərlərində nümayişlərə çıxırlar.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq
25.03.2019
Mozambikdə ölənlərin sayı artır
25.03.2019
Myanmada partlayış, 16 nәfәr hәlak olub
25.03.2019
Türkiyə və Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info