“Çelsi“ “Nyukasl“ı minimal hesabla məğlub edib
Tarix: 13.01.2019 | Saat: 01:13:00 | E-mail | Çapa göndər



Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, iki oyunda qələbə qazana bilməyən "Çelsi" doğma azarkeşlər önündə "Nyukasl" komandasını qəbul edib. "Stenford Bric" stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb. Matçın 27-ci dəqiqəsində "Çelsi"ın əsas qol silahı sayilan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.
Qarşılaşmanın 40-ci dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdirib. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb - 1:1.
Görüşün ikinci hissəsində hücumların kəsərin artıran "Çelsi" 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Turnir cədvəlin lideri "Liverpul" səfərdə "Brayton" komandasını 0:1 hesabı ilə məğlub edib. Komandaya qələbəni misirli futbolçu Məhəmməd Salahın 50-ci dəqiqədə penalti zərbəsindən vurduğu qol qazandırıb.
Turun gözlənilməz hesabı isə London stadionunda qeydə alınıb. Premyer Liqanın iddialı klublarından sayilan "Arsenal" səfərdə "Vest Ham" komandasına məğlub olub (1:0).
Turun digər oyunlarında qeydə alınan nəticələr:
"Börnli" - "Fulhem" - 2:1;
"Kardif Siti" - "Haddersfild" - 0:0;
"Kristal Palas" - "Votford" - 1:2;
"Lester Siti" - "Southempton" - 1:2;
İngiltərə Premyer Liqasının 22-ci turuna yanvarın 13-də "Everton"-"Bormunt", "Tottenhem"-"Mançester Yunayted", yanvarın 14-də isə "Mançester Siti"-"Volverhempton" qarşılaşmaları ilə yekun vurulacaq.
Hazırda 22 oyundan 57 xal toplayan "Liverpul" turnir cədvəlinin birinci pilləsini tutur. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin isə 21 oyundan sonra 50 xalı var.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Amerika kuboku: Argentina Paraqvayla bacarmayıb, Kolumbiya qələbə qazanıb
20.06.2019
Üzr istəsə, “Barselona” Neymarı geri qaytara bilər
20.06.2019
Azərbaycan güləşçiləri Avropa çempionatında bir dəst medal qazanıblar
19.06.2019
Zenfira Həşimova Avropa çempionatının yarımfinalına yüksəlib
19.06.2019
Luis Enrike istefa verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info