“Qarabağ”ın yeni transferi: Komandamız üçün ən yaxşısını etməyə çalışacağam
Tarix: 13.01.2019 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir. Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum.
AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın “Astana” klubundan “Qarabağ” komandasına bir il müddətinə icarə əsasında keçən Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.
O, yenidən Ağdam təmsilçisinin heyətində oynamağa qayıtması ilə bağlı bildirib: “Azarkeşlərə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”.
Qeyd edək ki, 2012-2018-ci illərdə Ağdam klubunun formasını geyinən 29 yaşlı futbolçu hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən “Qarabağ” komandasının düşərgəsindədir. Komandanın yanvarın 16-da Macarıstanın “Uypeşt” komandası ilə yoxlama görüşü keçirməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən mövsüm “Astana”nın heyətində Qazaxıstan çempionu olan təcrübəli yarımmüdafiəçi indiyədək oynadığı 237 matçda 50 qol vurub və 19 məhsuldar ötürmə verib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info