İspaniya La Liqası: “Barselona” “Eybar” üzərində böyük hesablı qələbə qazanıb
Tarix: 14.01.2019 | Saat: 03:02:00 | E-mail | Çapa göndər



Yanvarın 13-də İspaniya La Liqasının 19-cu turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri "Barselona" doğma azarkeşlər önündə 16-cı yerdə qərarlaşan "Eybar" komandasını qonaq edib. Görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə baş çatıb.
Qarşılaşmanın favoriti sayılan meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 19-cu dəqiqəsində Filip Koutinyonun başladığı hücumu Luis Suares dəqiq zərbə ilə tamamlayıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra hücumların sayını artıran kataloniyalılar hesab arasındakı fərqi iki topa çatdırıblar. Belə ki, müdafiəçilərin səhvini Lionel Messi bağışlamayıb - 2:0. Oyunda son nöqtəni dublun rəsmiləşdirən Luis Suares qoyub - 3:0. Beləliklə, bu qələbədən sonra "Barselona" xalların sayını 43 çatdıraraq liderliyi qoruyub saxlayıb. Turnir cədvəlində əsas izləyicisi "Atletiko Madrid" isə 38 xalla ikinci yerdədir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info