Diaspor və lobbiçilik siyasətində gənclərin rolu artır
Tarix: 16.07.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı: “Ermənistana dünya ölkələrinin parlamentlərində soyqırımı törədən bir dövlət kimi hüquqi qiymət verilməsi düşməni beynəlxalq arenada sarsıdan bir siyasətdir”

Layihə çərçivəsində müsahibimiz, AMEA-nın aspirantı, Odlar Yurdu Universitetinin müəllimi Yəhya Babanlıdır. O, bizimlə söhbətində diasporun yeni mərhələdə formalaşması, gənclərin bu prosesdə rolu və lobbiçilik ilə bağlı fikirlərini bildirdi.

Y.Babanlı qeyd edir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələrkən mövcud çətinlikləri aradan qaldırmaq üçün aydın prinsipial siyasi xətt həyata keçirərək, köklü dəyişikliklərin labüdlüyünə insanları əməli işi ilə inandıra bildi: “Ulu öndər dünyanın mövcud mənzərəsinə uyğun yaratdığı optimal idarəetmə üsulu ilə ölkədə milli-mənəvi dəyərlərə əsaslanan siyasi islahatlar yolu ilə hüquqi, demokratik cəmiyyət qurulmasına, sosial-siyasi, iqtisadi-mənəvi əlaqələrin inteqrasiyasına, milli mədəniyyət və ideologiyanın inkişafına, maddi-mənəvi sərvətlərin təhlükəsizliyinin təşkilinə və xarici siyasi strategiyanın milli mənafeyə uyğunlaşdırılmasına nail oldu”.
Y.Babanlı bildirdi ki, ulu öndər milli təhlükəsizlik konsepsiyasını qəbul etməklə artıq suveren dövlətimizin yeni yaranmasına baxmayaraq, dövlətçiliyimizin qədim köklərinin olduğunu, ulu mədəniyyətə malik xalq olduğumuzu sübut edə bildi: “Öz xalqının tarixini - keçmişini, mədəniyyətini, adət-ənənəsini, məişətini yaxşı bilən, insanların düşüncəsinə yaxşı bələd olan və xalqını bütün varlığı ilə sevən ümummilli lider azərbaycançılıq ideyasının təməlinin əsasını qoydu. Azərbaycan xalqının ulu öndəri ölkəmizə rəhbərlik etdiyi istər birinci (sovet dövrü 1969-1982), istərsə də ikinci (müstəqillik dövrü 1993-2003) dövrdə vətənimizin hərtərəfli inkişafının həm bu gününü, həm də sabahını düşünmüş, milli inkişaf proqramı yaradıb. Bütün istiqamətlərdə inkişaf etdirilən uzaqgörən və müdrik fəaliyyət Azərbaycanın müstəqil, işıqlı sabahına uğurlu izlər açıb. Hərtərəfli, düşünülmüş şəkildə proqramlaşdırılan tədbirlər sırasında Azərbaycanın “təhsil-diasporu” sahəsinin inkişaf etdirilməsi, bazasının möhkəmləndirilməsi və gənclərin elmi dünyagörüşünün formalaşdırılması və vətəndən kənarda Azərbaycan dərnəklərinin yaranması planı gündəliyə salındı. Beləliklə, xaricdə azərbaycanlıların təhsil alması proqramına nəzər salsaq, görə bilərik ki, Azərbaycan gəncinin dünyaya çıxması, dünya baxışının müasirləşməsi, Azərbaycan mühitinin tələbini, çərçivəsini aşaraq onun adət-ənənəsini, mədəniyyətini təbliğ edən, təhsil aldığı ölkənın həyat tərzi ilə tutuşdura və yeni mədəniyyətləri bir-biri ilə əlaqələndirə bilən insan potensialı formalaşdıra bilmiş, Azərbaycanın intellektual gənclər ordusunu yaradıb.
Ulu öndər çıxışlarının birində bu məsələyə toxunaraq deyir: “O, vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.
Dünyada gedən proseslərə daha real yanaşmağı bacaran, həyata müstəqil baxışlı gənclərin təhsilini başa vurub vətənə qayıdanları ilə yanaşı, bir qisminin xarici ölkələrdə məskən salıb Vətənin ləyaqətli təbliğatçısına çevrilənləri də çox olub. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin aparıcı simaları demək olar ki, vaxtı ilə təhsilini başa vurub oralarda məskunlaşan həmyerlilərimizdir”.
Y.Babanlı bildirdi ki, bu siyasətlə ulu öndər Heydər Əliyev təkcə təhsilin inkişafı ilə kifayətlənməyib, həm də diaspor fəaliyyətinin gələcək istiqamətlərini, perspektivlərini düşünüb, müəyyənləşdirib: “Vaxtında müstəqilliyimizə hesablanmış strategiya bizə sonralar bəlli olsa da, bu, ulu öndərin uzaqgörənliyinin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində qeyd edib: “Təhsil almış və indi ayrı-ayrı ölkələrdə yer seçmiş, yaşayan dostlarımızda burada iştirak edirlər və çıxış edirlər. Azərbaycana qayıtmadıqlarına görə onların heç birinə iradım yoxdur. O vaxt onları göndərəndə də hesab edirdim ki, bir qismi təhsilini qurtarandan sonra ayrı-ayrı şəhərlərdə qalacaqdı- ya doktoranturada təhsilini davam etdirmək üçün, yaxud hansısa evlənəcək, özünə ailə quracaq, ya da başqa səbəbdən qalacaq. Çünki Azərbaycanda kadr çoxdur, onların hamısı gəlsə, yer də olmayacaqdı. Ona görə bir qisminin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərməsi, hesab edirəm ki, respublika üçün əlverişlidir. Ancaq onun əsas mənası bundan ibarət deyildir. Əsas mənası ondan ibarətdir ki, onlar Azərbaycanın yüksək intellektə malik olan diasporunu yaradırlar. Bu, bizə çox lazımdır. Biz Sovetlər İttifaqının tərkibində olanda bu barədə o qədər də düşünmürük. Hesab edirik ki, Moskvadan başqa millətlərlə bərabər, azərbaycanlınında səsi gəlsin. Nə üçün Moskvada azərbaycanlı olmasın? Nə üçün Leninqradda, Kiyevdə olmasın? Mən bunu çox istəyirdim. Sadəcə, milli qürur hissim məni həmişə buna yönəldirdi. Mən millətimi sevən adamam, o vaxt da sevmişəm, bu gündə sevirəm. Bilirəm ki, mənim millətimdən olan insanlar çox yüksək istedada malikdirlər, onlar üçün sadəcə şərait yaratmaq lazımdır. Mən bu şəraiti yaratdım və bu şəraitdən səmərəli istifadə edib Rusiyada, Ukraynada, başqa ölkələrdə özlərinə yer tapmış həmvətənlərimizə uğurlar, xoşbəxt həyat arzulayıram. Əminəm ki, beləliklə, ayrı-ayrı ölkələrdə, o cümlədən Rusiyada, müstəqil dövlətlər birliyinə daxil başqa ölkələrdə müstəqil Azərbaycanın diasporu formalaşacaqdır. Bu da müstəqil Azərbaycan üçün böyük dayaq olacaqdır. Bu, bizə və buna ehtiyacımızı indi də duyuruq, hiss edirik”.
Y.Babanlının fikrincə, 1969-cu ildən başlayaraq ənənə halını almış gənclərin xaricdə təhsil almağa göndərilməsi ulu öndərin respublikaya rəhbərliyinin ikinci mərhələsində də yəni müstəqillik dövründə də uğurla davam etdirilib: “Təkcə onu qeyd etmək kifayətdir ki, bu dövrdə xaricə təhil almağa göndərilən tələbələrin sayı 2000 nəfərdən çox kontingenti təşkil edirdi. XX əsrin sonu-XXI əsrin əvvəllərində dünyada gedən siyasi-coğrafi dəyişikliklər bir sıra yeni tələblərin meydana çıxması məcburiyyəti yaradıb. Bu dövrdə aktual məsələlər sırasına diaspor-lobbiçilik kimi terminlər daxil olub və gündəlikdə olan əsas məsələyə çevrilib. Elə ölkəmiz müstəqillik qazandıqdan sonra bizlərə məlum olub ki, vaxtilə təhsil almaq üçün xaricə yollanan gənclərlə görüşündə ulu öndərimiz onların qarşısına azərbaycançılıq-diasporçuluq məsələsini məqsəd kimi qoyub. Bu gün mübaliğəsiz söyləmək olar ki, müxtəlif dövrlərdə təhsilini başa vurub Vətənə dönməyən həmyerlilərimiz indi diasporumuzun onurğa sütununa çevrilib. Onlar ulu öndərin sayəsində və hazırda isə Prezident İlham Əliyevin siyasətindən güc alaraq bir daha sübut edə biliblər ki, vətənə xidmət etmək təkcə vətəndə deyil, vətəndən kənarda da mümkündür. Vətəni sevmək, ona xidmət etmək, ona dayaq durmaq xarici ölkələrdəki vətənpərvər diaspor fəaliyyəti ilə də mümkündür. Onu da xüsusi vurğulamaq lazımdır ki, biz daha da sıx birləşməliyik, ona görə ki, bizim ərazilərin 20 faizdən çoxu düşmən tapdağı altındadır və soydaşlarımızın bir milyondan artığı evini, elini-obasını itirib, qaçqın, məcburi köçkün düşüb, maddi-mənəvi təcavüzün qurbanına çevriliblər. Bu fakt bizim daha da mütəşəkkil, düşünülmüş qaydada fəaliyyət göstərməyimizi şərtləndirən vacib amildir”.
Ulu öndərin bütün sahələri əhatə edən uğurlu inkişaf kursu təkcə ölkədə yaşayan azərbaycanlıları deyil, həm də vətəndən kənarda yaşayan həmyerlilərimizi əhatə etmiş, onları qayğı ilə daim əhatələndirib: Qeyd etmək olar ki, ulu öndərin 1969-cu ildən ölkəmizə rəhbərlik etdiyi sovet dönəmində siyasi uzaqgörənliyinin sayəsində azərbaycanlı gənclər xaricə təhsil almağa göndərilib: “Nəticədə bizlərə aydın olur ki, müdrik düşünülmüş təhsil siyasəti ilə yanaşı, diasporumuzun təməl daşı da bu yolla qoyulub. Hələ sovetlər dövründən başlayaraq azərbaycanlı tələbələrin xaricdə təhsil alması mütəmadi hal alıb. Bununla da Azərbaycanın dünyagörüşlü, ali təhsilli, vətənini, xalqını, milli mentalitetini təbliğ edən intellektual diasporçu gənclər ordusu formalaşmağa başlayıb”.
Y.Babanlı bildirir ki, Azərbaycanın müstəqillik dövrü hakimiyyəti zamanı isə bu ənənə davam etdirilərək geniş vüsət alıb və dönməz xarakter daşıyır: “Bu strategiya xaricdə yaşayan azərbaycanlıları birləşdirmək, onların hüquqlarının müdafiəsini təşkil etmək üçün güclü diaspor təşkilatları yaradıb, həmçinin təşkilatların işini gücləndirmək onlara dövlət qayğısını daim hiss etmələri üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. İndi isə bu qurum Diasporla İş üzrə Dövlət Komitəsi adlanır. Ulu öndər tərəfindən atılan konkret addım artıq hər bir soydaşımızda inam hissi yaradıb və onların müstəqil bir Azərbaycan dövlətinə arxalanmalarına səbəb olub. Daha sonra dünya azərbaycanlılarının forumlarının keçirilməyə başlaması bir daha sübut edə bildi ki, Azərbaycan dünyanın beş qitəsinə səpələnmiş hər bir soydaşımızın doğma diyarı, güvən yeridir. Hazırda ulu öndərin təşəbbüsü və fəaliyyəti ilə ənənə halını almış diaspor siyasətinin dövlətin prioritet sahələrindən birinə çevrilməsi diasporumuzun inkişafına yeni imkanlar açaraq dönməz xarakter alıb”.
Y.Babanlı bildirdi ki, bu gün ulu öndərin çoxvektorlu uğurlu kursunu yeni mərhələdə davam etdirən Prezident İlham Əliyev bu strategiyanın palitrasını yeni çalarlarda əks etdirərək diaspor siyasətini təkmilləşdirib və xüsusi əhəmiyyət kəsb edən lobbiçilik fəaliyyətini yarada bilib: “Diasporun-lobbinin gənc, potensiallı, savadlı dünyagörüşlü kadrlarla daha layiqli davam etdirilməsi üçün xaricdə təhsil almağa göndərilən gənclərin sayı artırılıb, bu sahə dövlətin prioritet istiqamətlərinin gündəliyində mühüm yer tutur. Məhz bu ənənənin davam etdirilməsidir ki, hazırda minlərlə azərbaycanlı gənc ölkəmizdən kənarda, dünyanın ən nüfuzlu universtetlərində təhsilin müxtəlif pilləsində elmə yiyələnirlər. Ölkəmiz üçün kadr potensialı hazırlanır. İlham Əliyevin diaspor siyasətinin genişləndirilməsinə verdiyi töhfələr, bu sahəyə dövlətin diqqətinin son dərəcə artırılması Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına, xüsusən Azərbaycanın haqq işinin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya yayılmasında xüsusi rol oynayır”.
Y.Babanlı dedi ki, bu sahədə hücum siyasətinin həyata keçirilməsi, Ermənistana soyqırımı törədən bir dövlət kimi dünya ölkələrinin parlamentlərində hüquqi qiymət verilməsi çox effektli və düşməni beynəlxalq arenada sarsıdan bir siyasətdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info