Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
Tarix: 15.01.2019 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Nail İsmayılov: “Yazarlar, ilk növbədə cəmiyyətin içində insanların əsas problemlərini dərin öyrənməlidirlər ki, oxucuları cəlb edə bilsinlər”

Ukraynada yaşayan gənc azərbaycanlı yazar Nail İsmayılov yaradıcılıq yolunda uğurla addımlayır. Artıq Ukraynada bir yazıçı olaraq özünü təsdiqləyən həmvətənimiz üç kitabın müəllifidir. O, hazırda dördüncü əsərini yazır. Qeyd edək ki, Nail İsmayılov 1989-cu ildə Ukraynada Dnepr şəhərində anadan olub, uzun müddət orada yaşayıb. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2010-cu ildə universiteti bitirdikdən sonra Xocavəndin Qarabağlar kəndində hərbi xidmət keçib. Ədəbiyyatdan başqa uzun müddətdir idmanla da məşğul olur. Dörd il karate, 12 il kikboksla məşğul olub, kikboks üzrə “idman ustası” adını alıb. Ondan başqa taekvando üzrə qara kəmər sahibidir. Bir müddət musiqi ilə də məşğul olub, vokal məktəbini bitirib. Bacardığı qədər müxtəlif sahələrlə maraqlanır, özümü hərtərəfli inkişaf etdirməyə çalışır.

- Yəqin siz də etiraf edirsiniz ki, bu gün ədəbiyyatda oxucu problemi var.

- Bu suala görə təşəkkür edirəm. Bu, ölkədən və oxucunun hansı mühitdə olduğundan asılıdır. Bizim dövr internet dövrüdür. Bütün məlumatlar sosial səhifələrə. Kitablarla da eyni bir vəziyyət... Yalnız bu o demək deyil ki, kitab oxuyanların sayı azalır, çünki kitabın həm də elektron variantı olur. Ümumiyyətlə, kitab oxuyan insanlar hər yerdə seçilir, öz fikirlərilə və dünyaya baxışları ilə onlar yenilik gətirməyə malikdirlər. Kitab oxuyanların hisləri və həyatda addımları ətrafdakı insanları dəyişə bilir, axı kitablar, ilk növbədə fikirlərini digər insanla bölüşməyi, hörmətlə yanaşmağı və qayğı göstərməyi öyrədir. Ona görə də hər bir valideyn özündən kiçiyə uşaqlıqdan kitaba sevgi göstərməyi öyrətməlidir ki, gələcəkdə o, həyatda ağıllı bir insan olsun. Ədəbiyyat işıqdan ibarətdir və bütün insanlar o işıqdan istifadə etməlidirlər.

-Sizcə, müasir oxucunu cəlb etmək üçün yazarlar hansı mövzulara müraciət etməlidirlər və ya hansı taktiki ədəbi gedişlər etməlidirlər?

- Müasir oxucu kitab oxuyarkən öz daxili səsi və problemləri ilə üzləşir. O başa düşür ki, kitab onun üçün güzgü ola bilir, yoxsa yox. Hər bir insan kitabla tanış olarkən səhifələrində özünü axtarır və tapırsa, böyük məmnuniyyətlə o kitabı oxuyur. Ona görə də yazarlar, ilk növbədə cəmiyyətin içində insanların əsas problemlərini dərin öyrənməlidirlər ki, oxucuları cəlb edə bilsinlər. Bir mövzuda bir neçə daxili və xarici problemlər haqda da yazsalar, daha çox oxuna bilərlər.

- Ukraynalılar əcnəbi yazarları oxumağa nə dərəcədə maraqlıdırlar?

- Bu reklamdan və maraqlı bir mövzudan asılıdır. Əvvəl rus dilində kitablar burada oxunurdu və bu dildə çox mütəxəssislər tərcümə edib kitabları yayırdılar. Bir kitab Rusiyada çap olurdu və Ukraynada satıla bilirdi. İndi isə əsas Ukrayna dilində kitablar olsun deyə, qanun çıxıb. Bir çox yazıçıların əsərləri Ukrayna dilinə tərcümə olunmur, çünki oxucuların sayı rus oxucularından azdır və bu, yazarlara sərf etmir. Ona görə də son zamanlarda xarici yazıçılar az oxunur və kitabları da az satılır. Amma mən burada anadan olmuşam deyə, həm rus, həm də Ukrayna dillərində yazıram. Digərləri üçün mənfi qanun olsa da, mənim üçün müsbətdir. Mənim ikinci kitabım Ukrayna dilində çap olunub. Artıq satışa çıxarılıb.

- Hər bir yazar gəncliyində kiminsə təsiri altda yazır. Bu baxımdan, sizə kim təsir ədib?

- Sözün düzü, mən heç bir zaman gizlətməmişəm ki, mənə Azərbaycan yazıçıları böyük təsir edib, sonra isə xarici yazıçılar. Mən hətta ilk kitabımda Nizami Gəncəvinin qəhrəmanları haqqında yazmışam. Mən Mirzə Şəfi Vazehi, Füzulini, Cəlil Məmmədquluzadəni oxuyarkən Azərbaycan ədəbiyyatının sanki ruhunu hiss etməyə çalışdım. Sonra isə Tomas Vulf, Ernest Xeminquey, Bernard Verber, Valter Skot, Qabriel Qarsiya Markes və Xaruki Murakaminin əsərləri ilə tanış oldum. Amma son zamanlar mənə əsas rus ədəbiyyatının yazıçıları təsir göstərir. Onların içində Puşkin, Dostoyevski və Tolstoyun yazdığı kitablar böyük və möhtəşəm dövrü mənim üçün açır.

- Siz müxtəlif sahələrdə özünüzü sınayıbsınız. Konkret olaraq hansı sahədə özünüzü təsdiq edibsiniz?

- İnsan nə qədər sahədə özünü sınaya bilirsə, o qədər də ruhunun güclü olduğunu göstərə bilir. Bir tərəfdən Anton Çexov düz deyirdi ki, insan nə qədər çox dil bilirsə, bir o qədər adamdır. Mən hazırda beş dil bilirəm və altıncı dili öyrənirəm. Uşaqlıqdan idmanla məşğulam. Mən kikboksinq üzrə idman ustasıyam, taekvando üzrə qara kəmər birinci dan ustasıyam (uzun müddət Dnepr şəhərində məktəbdə dərs keçmişəm və şagirdləri yarışlara hazırlamışam) və 4 ildir samdo döyüş növü ilə məşğul oluram. İqtisad Universitetini bitirdikdən sonra Bakıda ixtisasıma uyğun işə düzələ bilmədim və Ukraynaya qayıdarkən “Privatbank”da baş ofisdə maliyyə monitorinqində və valyuta nəzarəti şöbələrində 4 il işlədim. İndi isə “Epam” şirkətində IT üzrə mütəxəssisəm. Mənim hələ 29 yaşım var və inşallah, hələ çox sahələrdə özümü sınamaq istəyirəm.

- Növbəti yaradıcılıq planlarınızı da bilmək istərdik.

- Hazırda növbəti kitabı yazıram. Artıq nəşr evlərindən mənə böyük maraq göstəriblər və planda kitabı 2019-cu ilin mayında çapa verməkdir. Kitab bir balerina haqqında olacaq və onun avtomobil qəzasından sonra əlil olmasını və həyatının bundan sonrakı əsas problemlərini göstərəcək. Bu kitabı yazmaq üçün mən bir aya kimi xəstəxanaya gedib-gəldim ki, insanın müxtəlif qəzalara düşəndən sonra necə travmalar aldığını görüm və yazarkən daha real bir insandan yazım.

- Ukraynadakı diasporumuzun müsbət imicinin formalaşmasında gənclərimiz nə kimi rolu var?

- Bu sualı gözləyirdim. Öncə deyim ki, Azərbaycan diasporu tanınmamış şəxslərə diqqət göstərmir, lakin kimsə ad qazanan kimi maraqlanırlar. Mən ilk kitabı çap edəndən sonra həm Kiyevdə, həm də Dneprdə cəhd göstərdim ki, diasporda kitab haqda fikir bildirsin. Lakin yalnız mənə boş ümidlər və söz yolladılar. Mənim kimi də yüzlərlə Azərbaycan gəncləri belə davranışlardan sonra diaspordan uzaq olur, bu, həqiqətdir. Əlbəttə, istəyərəm ki, mənim romanlarım Azərbaycan dilinə tərcümə olunsun və Bakıda nəşr edilsin. Amma insan ümidi sona çatarkən digər tərəfdən işıq və yol açılır. Bu zaman heç gözləmədiyim an mənimlə Ukraynada “Qafqaz rəqsləri” məktəbinin rəhbəri Nicat Mirzəyev əlaqə saxladı. Onun köməyi və marağı mənə yeni bir ümid verdi ki, mənim kitablarım haqda öz millətimiz biləcək və ona dərin təşəkkürlərimi bildirirəm. Biz öz ölkəmizdən uzaq olsaq da, hər zaman bir olmalıyıq ki, gələcəyimiz parlaq olsun.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
16.05.2019
General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
16.05.2019
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
16.05.2019
Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
15.05.2019
“Böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info