İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
Tarix: 19.01.2019 | Saat: 21:51:00 | E-mail | Çapa göndər



Yanvarın 19-da İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib.

AZƏRTAC verir ki, turnir cədvəlinin lideri "Liverpul" doğma meydanda "Kristal Palas" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"Liverpul" hesabda geridə olsa da, Məhəmməd Salahın dublu, Roberto Firmino və Sadio Manenin qolları sahəsində qələbə qazanıb. Qonaqların heyətində Vilfield Zaha, Jeyms Tomkins və Maks Meyer fərqləniblər. Bu qələbədən sonra xalını 60-a çatdıran "Liverpul" liderliyi qoruyub saxlayıb. "Kristal Palas" isə 22 xalla 14-cü yerdə qərarlaşıb.
Digər maraq doğuran oyun "Old Trafford" stadionunda keçirilib. "Brayton" səfərdə "Mançester Yunayted" komandasının qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı şeytan"lar Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanaraq beşinci pilləyə yüksəlib. "Brayton" isə 26 xalla 13-cü yerdədir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info