Səbail İcra Hakimiyyəti jurnalistləri mükafatlandırıb
Tarix: 17.07.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyəti 22 İyul- Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının Şəhidlər xiyabanındakı qərargahında keçirilən mərasimdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən 50-dən çox televiziya, radio, qəzet və elektron portalın nümayəndəsi iştirak edib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbiri açaraq jurnalistləri bayram münasibətilə təbrik edib, 138 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Bildirilib ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib. Lakin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Konstitusiyada mətbuat azadlığı təsbit olunub, senzura ləğv olunub. Qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borcu dondurulub. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcu dövlət büdcəsi hesabına ödənilib. Dövlət başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də xüsusi diqqət yetirir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlər üçün 156 mənzilli binanın tikilməsi və s. buna parlaq misaldır. Sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycan milli mətbuatının inkişaf tarixindən, ümummilli liderimizin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonda bayram münasibətilə bir qrup jurnalistə qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırılanlar arasında “Palitra”nın da əməkdaşı var.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info