İxtisaslı fəhlə kadrların ilk buraxılış imtahanı keçirilib
Tarix: 18.07.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə (STTM) 6 ixtisas üzrə peşə təhsili almış məzunların buraxılış imtahanları keçirilib.
Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılaraq ötən ilin sentyabrından fəaliyyətə başlamış Sumqayıt Təlim-Tədris Mərkəzində il ərzində 7 ixtisas üzrə 100 nəfər gənc “Azərikimya” İstehsalat Birliyinin, həmçinin Sumqayıtın sənaye müəssisələrinin daha çox ehtiyac duyduğu müxtəlif peşələr - tornaçı, kompressor qurğularının maşinisti, aparatçı, təmirçi-çilingər, elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə peşə təhsili alıb.
Müasir standartlara cavab verən mərkəzdə fəhlə ixtisaslarına yiyələnən gənclər seçdikləri peşələr üzrə texniki-nəzəri biliklərə yiyələnməklə yanaşı, “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində vaxtaşırı istehsalat təcrübəsi keçiblər. Bu ilin mayında STTM-in ilk məzunları - 12 nəfər tornaçı birliyin müəssisələrində iki aylıq istehsalat təcrübəsini başa vurduqdan sonra buraxılış imtahanı vermiş və kimya müəssisələrinin mexaniki-təmir sahələrində ixtisaslarına uyğun işlə təmin ediliblər. Daha 88 gənc 10 aylıq təhsili başa vurduqdan sonra may-iyul aylarında birliyin etilen-polietilen və mexaniki-təmir zavodlarında, təmir-quraşdırma idarəsində istehsalat təcrübəsi keçmiş və iyulun 17-də imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahan başlanmazdan əvvəl “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim-Tədris və Sertifikat­laşdırma İdarə­sinin rəisi Fuad Süleymanov məzunları, STTM-in müəllim və istehsalat təlimi ustalarını məzunların ilk böyük qrupunun buraxılışı münasibətilə təbrik ediblər. Məzunların nümayən­dələri gənc fəhlə kadrların yetişdirilməsinə, onların təhsili üçün yaradılmış əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Respublika və yerli mətbuat nümayəndələrinin də müşahidə etdiyi buraxılış imtahanında məzunlar təhsil müddətində əldə etdikləri nəzəri biliklər və təcrübi vərdişləri ilə istehsalatda çalışmağa tam hazır olduqlarını təsdiq edə biliblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info